9 illik buraxılış imtahanlarının şəhər və rayonlar üzrə qrafiki açıqlandı
DİM aprel ayı üçün imtahan tarixlərini və bölgələr üzrə bölmələri elan edib
Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının 5, 12 və 26 aprel tarixlərində keçiriləcəyini açıqlayıb.
DİM imtahanların şəhər və rayonlar üzrə qrafikini təqdim edib:
5 aprel:
Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri), Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran
12 aprel:
Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), tədrisi ingilis dilində olan məktəblər
26 aprel:
Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), gürcü bölməsi üzrə təhsil alan şagirdlərin məktəbləri
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri məktəbin yerləşdiyi şəhər və rayonun imtahan gününə uyğun olaraq imtahan verəcəklər.
Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanları hərəkət intensivliyini azaltmaq məqsədilə iki günə bölünüb və I və II hissə kimi təqdim olunub.
Qeyd edilib ki, imthana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi saytında yerləşdiriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.