86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı
Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən Mingəçevir sakini, 86 yaşlı Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etmək istədiyini bildirib. Qurumun müdir əvəzi Zəfər Hacıyev dediyinə görə, ona bu işin icrasında yardım göstərilib: “Onun bu arzusunu reallaşdırmaq üçün öz iştirakı ilə Beynəlxalq Bank vasitəsi ilə 200 manat məbləğində vəsait köçürüldü”.
Gülavər Aslanova deyir ki, hər gün şəhidlərin ruhuna dualar oxumamış yatmır: “Öz övladım olmayıb, amma ordudakı bütün əsgərlər mənim övladlarımdır. Mən də istədim ki, onlara cüzi də olsa köməyim dəysin. Sağ olsun sosial xidmətlər agentliyinin əməkdaşları, mənə kömək etdilər, mən də bank vasitəsi ilə ianəni göndərdim. Ordumuza, Prezidentimizə dualarımı, salamlarımı çatdırıram”.
Şərhlər bağlıdır.