804 magistr tələbəsi dövlət hesabına təhsil alacaq
Boş qalan yerlərə əlavə müsabiqə keçirildi – nəticələr açıqlandı
2025/2026-cı tədris ili üçün magistratura pilləsinə qəbul imtahanlarının nəticələrinə əsasən dövlət sifarişi üzrə ayrılmış yerlərin bir qismi boş qalıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin yerlərin doldurulması üçün ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında əlavə müsabiqə təşkil edilib.
Nəticədə 804 tələbə dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsil almaq hüququ qazanıb. Siyahı artıq müvafiq ali təhsil müəssisələrinə göndərilib. Bununla yanaşı, tələbələrə bu barədə məlumat “Şəxsi kabinet”ləri vasitəsilə və mobil telefonlarına göndərilən SMS-lərlə çatdırılıb.
Qeyd edək ki, əlavə müsabiqə nəticəsində ödənişsiz təhsil hüququ əldə edən tələbələrin sayı ali məktəblər üzrə ayrıca açıqlanacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.