8 yaşlı uşaq yolu keçmək istəyərkən qəza ilə üzləşdi
Mingəçevirdə 8 yaşlı uşağı maşın vurub. Hadisə Texniki Humanitar Liseyin yaxınlığında baş verib. Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü şəhər sakini Rzazadə Məhəmməd Zaur oğlunu BMW markalı maşın vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Sağ ayaq nayihəsindən sınıq xəsarətləri alan uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.