Bizimlə həyatınız həmişə işıqlı olacaq!

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə Ağdaşdakı könüllülər də iştirak ediblər

Əvvəlcə gənclərimiz rayonumuzun şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə fləşmob edib, şəhidlərimizin adlarını səsləndiriblər. Daha sonra gənclər hərbi yürüş addımları ilə marş ifa edib və bayrağımızı dalğalandırıblar.

Həmçinin 9 noyabr tarixində Ağdaş gəncləri, qazilər, şəhid ailələrinin üzvləri, aztəminatlı ailələrin övladları, idmançılar və əməkdaşların II Fəxri Xiyabana və Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.

Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi səfərdə gənclərimiz Vətən müharibəsinin real nəticələri ilə yaxından tanış olub, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yad ediblər.

Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov ekskursiyanın vacibliyinə toxunub və əsas məqsədin yetişən nəsilə vətənpərvərlik hisslərinin aşılanması və tariximizi unutdurmamaq olduğunu qeyd edib.

Azərbaycan gəncliyi yaşadıqca bayrağımız uca zirvələrdə dalğalanacaq və şəhidlərimizin ruhu şad olacaq.

Səidə Əsədli

 

Şərhlər bağlıdır.