Bizimlə həyatınız həmişə işıqlı olacaq!

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir

Bu gün qadınlarının cəmiyyətdə rolu və tarixi həmrəylik günü vurğulanır

109

Dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Qadın hərəkatının kökləri 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil işçiləri olan qadınların 12 saatlıq iş gününə etiraz aksiyasına dayanır. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi isə Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında (Kopenhagen) qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə Rusiyada, 1917-ci ildən isə Azərbaycanda bayram kimi qeyd edilməyə başlanıb. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi, lakin sonrakı illərdə martın 8-i bu ənənəvi tarix kimi qəbul edildi. Azərbaycanda Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü hesab olunur.

Azərbaycan Prezidentinin İlham Əliyevin 8 Mart münasibətilə etdiyi təbrikdə vurğulandığı kimi, Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin və ülviyyətin rəmzi bilmiş, onlara dərin ehtiram göstərmişdir. Ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe sahibi olmuş qadınlarımız bu gün də təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində uğurla fəaliyyət göstərirlər.

İlham Əliyevin rəhbərliyi altında qadınların təhsil alması, karyera qurması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri qadınların həm milli-mənəvi dəyərlərimizi yaşatmasına, həm də elm, mədəniyyət, səhiyyə və sosial sahələrdə yüksək uğurlar qazanmasına geniş imkanlar yaradır.

Azərbaycan qadını müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir: elm və təhsildə yüksək nailiyyətlər əldə edir, biznesdə uğur qazanır, siyasət və dövlət idarəçiliyində mühüm mövqelər tutur, incəsənət və idmanda beynəlxalq arenada ölkəmizi təmsil edir. Qadınlarımız həmçinin torpaqlarımızın müdafiəsində də igidlik göstəriblər; 44 günlük Vətən müharibəsində qadın hərbçilərimiz cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər.

Qadın sevginin, qayğının, fədakarlığın və gücün rəmzidir. Onlara yalnız bir gün deyil, hər gün dəyər verilməlidir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi-qəlbdən təbrik edirik!

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.