Bizimlə həyatınız həmişə işıqlı olacaq!

77 məktəbə direktor seçimi başlayıb

Vakant vəzifələr üzrə elektron sənəd qəbulu start götürüb, namizədlər martın 6-dək qeydiyyatdan keçə bilərlər

138

Direktor vəzifəsi vakant olan 77 dövlət ümumi təhsil müəssisəsinə rəhbər vəzifəsinə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə bu gün saat 11:00-dan start verilib.

Namizədlər martın 6-sı saat 17:00-dək https://miq.edu.az/direktor ünvanı vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, xüsusi proqram təminatı üzərindən müsabiqə yolu ilə təşkil olunur. Müsabiqə iki mərhələdən – seçim və müsahibə mərhələsindən ibarətdir.

Seçim mərhələsində təqdim olunan məlumat və sənədlər yoxlanıldıqdan sonra tələblərə cavab verən namizədlər müsahibəyə buraxılacaqlar. Elektron sistemdə yerləşdirilən vakant yerlər 20 fevral 2026-cı il tarixinə olan məlumatlar əsasında formalaşdırılıb.

Müsahibəyə dəvət namizədlərin müraciət ardıcıllığına uyğun həyata keçiriləcək. Bu mərhələ Elm və Təhsil Nazirliyinin yaratdığı xüsusi komissiyalar tərəfindən aparılacaq.

Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq bacarıqları, ünsiyyət və əməkdaşlıq, problem həlli və qərarvermə, rəqəmsal savadlılıq, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Hər bir iştirakçı nəticələrlə şəxsi kabineti vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan şəxslərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyə uyğun şəkildə rəsmiləşdiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.