Bizimlə həyatınız həmişə işıqlı olacaq!

72 mindən çox müəllim maaşı artımla alacaq – Nazir açıqladı

Sertifikatlaşdırma prosesi bütün fənləri əhatə edəcək

12

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələn ildən bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırmadan keçəcəklər. Tarix, texnologiya, təsviri incəsənət və digər ixtisaslar da imtahan prosesinə daxil ediləcək.

Nazir bildirib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma mərhələsi yekunlaşıb. Onun sözlərinə görə, cari ilin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox müəllimin əməkhaqqı artırılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.