Bədbəxt hadisə Mingəçevirdə, Energetik yaşayış massivində baş verib. Şəkidən Mingəçevirə qonaq gələn ailənin 2013-cü il təvəllüdlü qızı Duyğu Məmmədova adıçəkilən ünvanda, təsərrüfatların birində hovuza düşərək boğulub.
Bəs onun nəzarətsiz halda suya girməsi necə mümkün olub? Təbii ki, buna görə böyüklər məsuliyyət daşıyırlar, onlar diqqətli olsaydılar, qızcığazın həyatını qurtarmaq mümkün idi.
Hazırda Mingəçevir Polis şöbəsi əməkdaşları hadisə yerindədir və onun necə baş verdiyinin təfərrüatlarını araşdırırlar.
Şərhlər bağlıdır.