6 yaşlı mingəçevirli şahmatçı dünya birinciliyinin gümüş mükafatını qazandı
O, şəhərdəki 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir
Mingəçevir Şahmat Məktəbinin 6 yaşlı yetirməsi, 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Yunanıstanda keçirilən Dünya birinciliyind rapid və sürətli şahmat üzrə ə gümüş mükafat qazanıb.
Mingəçevir Şahmat Məktəbinin direktoru Eyyub Həsənovun mətbuata verdiyi məlumata görə, 3 saylı orta məktəbin 1-ci sinif şagirdi və şahmat məktəbinin 6 yaşlı yetirməsi Mehriban Əhmədli Yunanıstanda məktəblilər arasında keçirilən Avropa çempionatında dördüncü olub: “Qaydalara əsasən bu yarışların ardınca rapid və sürətli şahmat üzrə dünya birinciliyi keçirilir. Mehriban Əhmədli hər iki növdə uğurla çıxış edərək, dünya birinciliyinin gümüş mükafatını qazanıb”.
Sabah qalib idmançı Yunanıstandan Azərbaycana dönəcək. Şəhər icra hakimiyyəti, məktəb rəsmiləri və idman ictimaiyyətinin fəalları paytaxtın hava limanında Azərbaycan çempionu və dünya mükafatçısı olan 6 yaşlı şahmatçının qarşılanma törəninə qatılacaq.
Şərhlər bağlıdır.