Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2600 manatlıq müavinət kimlərə veriləcək? – Yeni QAYDALAR AÇIQLANDI

Valideyn himayəsindən məhrum uşaqlar üçün dövlət dəstəyi gücləndirilir

22

Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, həmçinin onların arasından olan şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiqləyib.

Yeni qaydalara görə, bu vətəndaşlarımız ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikləri zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, əvvəllər belə şəxslərə mövsümi geyim və ayaqqabı ilə yanaşı, orta aylıq əməkhaqqının 2 mislindən az olmayan məbləğdə pul verilirdi. Son Fərmanla həm müavinət artırılıb, həm də ödəniş mexanizmi dəqiqləşdirilib.

Müavinətin məqsədi isə valideyn himayəsindən məhrum uşaqların sosial təminatını gücləndirməkdir.

Vəsaitin alınması üçün təhsilini bitirən həmin şəxslər oxuduqları müəssisəyə müraciət edirlər. Proses qısa müddətdə həyata keçirilir və bir neçə gün ərzində 2600 manatlıq müavinətin ödənilməsi mümkün olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.