Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

Əsas iqtisadi və sosial göstəricilər

2020-ci ilin yanvar-dekabr ayları ərzində Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2020-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 294311,9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 8,7 faizi emal sektorunda, 89,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

2020-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 66,9 ton ət (diri çəkidə) kəsilmiş, 1187,4 ton süd (fiziki çəkidə) sağılmış, 155,0 min ədəd yumurta və 5,3 ton yun (fiziki çəkidə) istehsal edilmişdir.

Tikinti müəssisələri tərəfindən ilkin hesablamalara görə 2020-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə 152 fərdi yaşayış evi tikilib, 102384,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

İlkin hesablamalara görə şəhərdə əsas kapitala cəmi 117096,3 min manat investisiya yönəldilmişdir ki, bunun da 109160,5 min manatı tikinti-quraşdırma işləridir.

İlkin hesablamalara görə Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-dekabr aylarında 497,0 min ton yük və 20181,0 min sərnişin daşınmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınması 38,5 faiz, sərnişin daşınması isə 44,3 faiz azalmışdır.

İnformasiya və rabitə müəssisələri 2020-ci ilin yanvar-dekabr aylarında 1370,8 min manatlıq xidmət göstərmişdir ki, onun da 96,1 faizi və ya 1317,1 min manatı əhali sektoruna aid olmuşdur. 2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 12,9 faiz və ya 203,5 min manat azalmışdır.

2020-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə    349452,1 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 50140,3 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, ödənişli xidmətlərin həcmi isə 27,2 faiz azalmış, ticarət şəbəkəsindən 205064,8 min manatlıq ərzaq məhsulları, 144387,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2020-ci ilin noyabr ayı ilə müqayisədə 2020-ci ilin dekabr ayında cəmi istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 0,4 faiz artmışdır.

2019-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-dekabr aylarında cəmi istehlak məhsullarının və xidmətlərin qiymətləri 4,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 10,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,7 faiz və ödənişli xidmətlərin qiymətləri isə 1,1 faiz artmışdır.

İlkin hesablamalara görə ilin əvvəlindən əhalinin sayı 491 nəfər artaraq 2021-ci ilin yanvar ayının 1-i vəziyyətinə 106430 nəfər olmuşdur.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close