Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2026-cı ildən sosial təminatda mühüm dəyişikliklər gözlənilir

Ünvanlı sosial yardım alanlara sevindirici xəbər – Gələn ildən məbləğ artırılacaq

16

2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır. Bu artım ünvanlı sosial yardım alan ailələrin aylıq vəsaitinin yüksəlməsinə səbəb olacaq.

Deputat Vüqar Bayramov bildirib ki, ehtiyac meyarının artırılması həm yardım məbləğinin böyüməsinə, həm də daha çox ailənin bu yardımdan faydalana bilməsinə şərait yaradacaq.

“Məsələn, ailənin 5 üzvü və 900 manat aylıq gəliri varsa, bu il həmin ailə üçün 1425 manat (5 nəfər × 285 manat) ehtiyac meyarı hesablanır və fərq 525 manat təşkil edir. Bu ailə hər ay dövlətdən 525 manat sosial yardım ala bilir.
Gələn ildən isə meyar 1500 manat (5 nəfər × 300 manat) olacaq və yardım məbləği 600 manata qədər artacaq”, – deyə deputat vurğulayıb.

Hazırda ölkə üzrə 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Yeni meyarların tətbiqi ilə bu ailələrin əksəriyyəti artımdan faydalanacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.