Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2026-cı ildə sosial ödənişlərin məbləği və əhatə dairəsi genişlənəcək

Musa Quliyev: “Şəhid ailələri, qazilər və bütün vətəndaşlarımızın rifahı üçün etibarlı təminat yaradılır”

55

Əvvəlki illərdə olduğu kimi, 2025 və 2026-cı illərdə də əvəzetmə əmsalı — yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbəti — müvafiq olaraq 49% və 50,4% səviyyəsində olacaq. Bu göstəricilər Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında Konvensiyasına tam cavab verir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, gələn il əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa, 3 yaşına qədər uşaqlara qulluğa, eləcə də dəfn müavinətlərinə ayrılan vəsaitlər artırılacaq.
“Şəhid ailələri, qazilər, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradılacaq”, – deyə Musa Quliyev vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.