Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2026-cı ildə pensiyalar ARTIR – Rəsmi rəqəmlər

Orta aylıq pensiya 590 manat, yaşa görə pensiya isə 629 manat olacaq

20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-cı ildə pensiyaların artımı ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, gələn il ölkədə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata çatacağı gözlənilir.

Nazirliyin açıqlamasına görə, 2018–2025-ci illər ərzində pensiya məbləğlərində ciddi artım qeydə alınıb. Bu dövrdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya isə 234 manatdan 575 manata yüksəlib.

Bu rəqəmlər 2018-ci illə müqayisədə orta aylıq pensiyalarda 2,8 dəfə, yaşa görə pensiyalarda isə 2,7 dəfə artım olduğunu göstərir.

Eyni zamanda, 2026-cı ildə pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 7 milyard 993 milyon manata çatacağı açıqlanıb. Bu isə 2018-ci illə müqayisədə maliyyələşdirmədə 2,3 dəfə artım deməkdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.