2026-cı ildə fəsillərin dəqiq başlanğıc vaxtları
Fəsillərin dəqiq başlanma vaxtını bilmək təbiət hadisələrini izləmək və gündəlik planlama üçün vacibdir.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxil olma vaxtlarını açıqlayıb.
-
Yaz fəslinin başlanğıcı: 20 mart, saat 18:45:53. Gecə və gündüz bərabərləşir, yaz 92 gün 17 saat davam edəcək.
-
Yay fəslinin başlanğıcı: 21 iyun, saat 12:24:26. Günəş ilin ən yüksək nöqtəsində olacaq, yay 93 gün 15 saat davam edəcək.
-
Payız fəslinin başlanğıcı: 23 sentyabr, saat 04:05:08. Gecə və gündüz bərabərləşir, payız 89 gün 21 saat davam edəcək.
-
Qış fəslinin başlanğıcı: 22 dekabr, saat 00:50:09. Günəş ilin ən aşağı nöqtəsində olacaq, qış 88 gün 23 saat davam edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.