Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2026-cı büdcədən sosial dəstək planı

Keçmiş məcburi köçkünlərə 285 milyon manat ayrılacaq

20

Keçmiş məcburi köçkünlərə aylıq müavinətlərin verilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb.

Bu barədə Maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazir müavininin sözlərinə görə, növbəti il müavinət və təqaüdlərin ödənilməsi üçün ümumilikdə 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı üçün isə 465 milyon manat vəsait nəzərdə tutulur.

Həmçinin, keçmiş məcburi köçkünlərə aylıq müavinətlərin verilməsi və digər tədbirlər üçün 285 milyon manat, sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat ayrılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.