2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,3 faiz artaraq 7107,5 min manat olmuşdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 4,1 faizi hüquqi şəxslərin, 95,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,7 faiz artaraq 492,5 min manat olmuşdur.
İctimai iaşə dövriyyəsinin dinamikası
| 2024-cü il | 2025-ci il | |||
| min manat | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | min manat | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
| yanvar-mart | 3051,5 | 106,7 | 3788,7 | 117,6 |
| yanvar-iyun | 5891,9 | 107,8 | 7107,5 | 114,3 |

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.