Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat və anbar təsərrüfatının əsas göstəriciləri

Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlər

7

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.

Nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə 5,7 faiz artaraq 12129,1 min manat olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin ümumi həcminin 12007,2 min manatı və ya 99,0 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.

2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla 546,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 33,0 min ton və ya 6,4 faiz çox olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında avtomobillərin yük dövriyyəsi 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7635,6 min ton-km və ya 11,5 faiz artaraq 73830,5 min ton-km təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 2025-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1546,0 min nəfər və ya 6,5 faiz artaraq 25399,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 2024-cü ilə nisbətən 15704,8 min sərnişin-km və ya 6,4 faiz artaraq 259419,6 min sərnişin-km təşkil etmişdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.