2025-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin sayı və əməkhaqqı
Muzdla işləyənlərin sayı və əməkhaqqı
Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 2025-ci ilin yanvar-iyun aylarında 12385 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 8926 nəfər (72,1 faiz), qeyri-dövlət sektorunda isə 3459 nəfər (27,9 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 0,05 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,82 faizi emal sənayesi, 9,96 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 6,42 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 3,07 faizi tikinti, 11,45 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,58 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,44 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,64 faizi informasiya və rabitə, 1,45 faizi maliyyə və sığorta, 0,28 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,56 faizi peşə, elmi və texniki fəaliyyət, 3,20 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,33 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 26,63 faizi təhsil, 14,71 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,95 faizi istirahət, əyləncə və incəsənət fəaliyyəti, 0,46 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.
2025-ci ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə hesabat dövrünün axırına siyahı tərkibində olan muzdlu işçilərin sayı (nəfər)*
|
İqtisadi fəaliyyət növləri |
Cəmi |
o cümlədən |
|
|
dövlət |
qeyri-dövlət |
||
| Şəhər üzrə – cəmi |
12385 |
8926 |
3459 |
| o cümlədən:
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
6 |
– |
6 |
| Emal sənayesi |
1093 |
6 |
1087 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1233 |
1233 |
– |
| Su təchizatı; tullantıların təmizlənməsi və emalı |
795 |
795 |
– |
| Tikinti |
380 |
178 |
202 |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri |
1418 |
– |
1418 |
| Nəqliyyat və anbar təsərrüfatı |
72 |
31 |
41 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
54 |
6 |
48 |
| İnformasiya və rabitə |
79 |
69 |
10 |
| Maliyyə və sığorta fəaliyyəti |
180 |
15 |
165 |
| Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
35 |
3 |
32 |
| Peşə, elmi və texniki fəaliyyət |
69 |
14 |
55 |
| İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
396 |
382 |
14 |
| Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
413 |
378 |
35 |
| Təhsil |
3298 |
3273 |
25 |
| Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
1822 |
1560 |
262 |
| İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
985 |
983 |
2 |
| Digər sahələrdə xidmətlərin göstərilməsi |
57 |
– |
57 |
2025-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 737,7 manat, həmçinin dövlət sektorunda 858,2 manat, qeyri-dövlət sektorunda isə 550,7 manat təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)*
| İqtisadi fəaliyyət növləri |
Cəmi |
o cümlədən |
|
|
dövlət |
qeyri-dövlət |
||
| Şəhər üzrə – cəmi |
737,7 |
858,2 |
550,7 |
| o cümlədən:
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
571,1 |
– |
571,1 |
| Emal sənayesi |
608,0 |
943,7 |
606,1 |
| Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1100,4 |
1100,4 |
– |
| Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
590,3 |
590,3 |
– |
| Tikinti |
631,6 |
618,3 |
647,8 |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri |
474,0 |
– |
474,0 |
| Nəqliyyat və anbar təsərrüfatı |
486,1 |
462,5 |
506,7 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
378,0 |
227,9 |
389,0 |
| İnformasiya və rabitə |
698,6 |
737,7 |
351,0 |
| Maliyyə və sığorta fəaliyyəti |
2001,0 |
2617,8 |
1946,4 |
| Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
492,2 |
416,7 |
499,4 |
| Peşə, elmi və texniki fəaliyyət |
642,3 |
646,8 |
641,3 |
| İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
532,8 |
532,7 |
537,6 |
| Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
931,6 |
954,9 |
616,1 |
| Təhsil |
848,5 |
850,9 |
422,2 |
| Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
921,5 |
974,7 |
446,9 |
| İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
727,9 |
728,1 |
556,0 |
| Digər sahələrdə xidmətlərin göstərilməsi |
938,5 |
– |
938,5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı şəhər üzrə orta göstəricidən yüksək olmuşdur.
Qeyd: ” * ” ilkin məlumat və hesablama
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.