2025-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat və anbar təsərrüfatının əsas göstəriciləri
Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlər
Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.
Nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2025-ci ilin yanvar-iyun aylarında göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən real ifadədə 26,2 faiz artaraq 8080,1 min manat olmuşdur. 2025-ci ilin yanvar-iyun aylarında göstərilmiş xidmətlərin ümumi həcminin 7997,8 min manatı və ya 99,0 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.
2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla 403,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 27,0 min ton və ya 7,2 faiz çox olmuşdur. 2025-ci ilin yanvar-iyun aylarında avtomobillərin yük dövriyyəsi 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 1690,4 min ton-km və ya 3,4 faiz artaraq 52044,8 min ton-km təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarına nisbətən 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1010,0 min nəfər və ya 6,3 faiz artaraq 17055,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə 2024-cü ilə nisbətən 10166,0 min sərnişin-km və ya 6,2 faiz artaraq 174174,9 min sərnişin-km təşkil etmişdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.