2025-ci ilin 9 ayında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Əsas makroiqtisadi göstəricilər
2025-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 459899,5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 110,9 faiz çox ümumi məhsul istehsal edilmişdir.
Sənaye sahəsində 2025-ci ilin yanvar-sentyabr aylarında 294320,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 116,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 8,1 faizi emal sektorunda, 90,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti sahəsində 2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 138340,6 min manat investisiya yönəldilmişdir ki, bunun da 137221,9 min manatı və ya 99,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Kənd təsərrüfatında 2025-ci ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 29,5 ton ət, 720,9 ton süd, 91,0 min ədəd yumurta, 3,8 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 33,0 faiz, süd istehsalı 29,2 faiz, yumurta istehsalı 16,5 faiz, yun istehsalı isə 36,7 faiz azalmışdır.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 546,0 min ton yük və 25399,0 min sərnişin daşınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən yük daşınması 6,4 faiz, sərnişin daşınması isə 6,5 faiz çox olmuşdur.
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən göstərilmiş xidmətlərin dəyəri real ifadədə 38,1 faiz artaraq 1975,3 min manat təşkil etmişdir ki, onun da 98,1 faizi və ya 1938,5 min manatı əhali tərəfindən istehlak olunmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 422641,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 78316,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə əmtəə dövriyyəsi 0,2 faiz, ödənişli xidmətlərin həcmi isə 9,1 faiz çox olmuşdur. Ticarət şəbəkəsində 330451,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 92189,5 min manatlıq isə qeyri-ərzaq məhsulları satılmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar-sentyabr aylarında ilə müqayisədə 104,0 faiz, o cümlədən qida malları, içkilər, tütün məmulatları üzrə 105,8 faiz, qeyri-qida malları üzrə 101,3 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 104,2 faiz təşkil etmişdir.
Muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında 12446 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 9025 nəfər, qeyri-dövlət sektorunda isə 3421 nəfər təşkil etmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 15,6 faiz artaraq 728,8 manat təşkil etmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin sayı 118 nəfər artaraq 01 oktyabr 2025-ci il tarixinə 103225 nəfər olmuşdur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.