Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ilin 6 ayında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Əsas makroiqtisadi göstəricilər

7

2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 294366,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,9 faiz çox ümumi məhsul istehsal edilmişdir.

Sənaye sahəsində 2025-ci ilin yanvar-iyun aylarında 184574,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 25,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 9,1 faizi emal sektorunda, 89,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti sahəsində 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 107180,9 min manat investisiya yönəldilmişdir ki, bunun da 106394,0 min manatı və ya 99,3 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Kənd təsərrüfatında 2025-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 20,0 ton ət, 493,3 ton süd, 70,0 min ədəd yumurta, 3,8 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 24,5 faiz, süd istehsalı 23,4 faiz, yumurta istehsalı 20,5 faiz, yun istehsalı isə 11,6 faiz azalmışdır.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 403,0 min ton yük və 17055,0 min sərnişin daşınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən yük daşınması 7,2 faiz, sərnişin daşınması isə 6,3 faiz çox olmuşdur.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-iyun aylarına nisbətən göstərilmiş xidmətlərin dəyəri real ifadədə 43,1 faiz artaraq 1263,7 min manat təşkil etmişdir ki, onun da 99,6 faizi və ya 1259,1 min manatı əhali tərəfindən istehlak olunmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 278607,6 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 53185,3 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi 1,4 faiz, ödənişli xidmətlərin həcmi isə 9,6 faiz çox olmuşdur. Ticarət şəbəkəsində 221587,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 57020,4 min manatlıq isə qeyri-ərzaq məhsulları satılmışdır.

2025-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar-iyun aylarında ilə müqayisədə 104,0 faiz, o cümlədən qida malları, içkilər, tütün məmulatları üzrə 105,4 faiz, qeyri-qida malları üzrə 101,4 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 104,7 faiz təşkil etmişdir.

Muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 2025-ci ilin yanvar-iyun aylarında 12385 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 8926 nəfər, qeyri-dövlət sektorunda isə 3459 nəfər təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 737,7 manat təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 100 nəfər artaraq 01 iyul 2025-ci il tarixinə 103207 nəfər olmuşdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.