Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ilin 9 ayında Mingəçevir şəhərində tikinti sahəsinin göstəriciləri

Tikinti

8

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 138340,6 min manat investisiya yönəldilmişdir ki, bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işləri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,7 dəfə artaraq 137221,9 min manat olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3229,7 min manat və ya 27,1 faiz artaraq 15160,7 min manat olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş tikinti işlərinin 10,6 faizi və ya 1599,9 min manatı dövlət mülkiyyətində, 89,4 faizi və ya 13560,8 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmişdir. 2025-ci ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 4346,4 min manatı və ya 28,7 faizi inşa, yenidənqurma və bərpa işləri, 7024,7 min manatı və ya 46,3 faizi əsaslı təmir işləri, 3618,4 min manatı və ya 23,9 faizi cari təmir işləri, 171,2 min manatı və ya 1,1 faizi isə sair tikinti işləri olmuşdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.