2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 107180,9 min manat investisiya yönəldilmişdir ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 dəfə çox olmuşdur. 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 3,1 dəfə artaraq 106394,0 min manat olmuşdur.
2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4311,6 min manat və ya 69,1 faiz artaraq 10554,6 min manat olmuşdur.
2025-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş tikinti işlərinin 9,8 faizi və ya 1029,2 min manatı dövlət mülkiyyətində, 90,2 faizi və ya 9525,4 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmişdir. 2025-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 1761,3 min manatı və ya 16,7 faizi inşa, yenidənqurma və bərpa işləri, 6406,2 min manatı və ya 60,7 faizi əsaslı təmir işləri, 2281,9 min manatı və ya 21,6 faizi cari təmir işləri, 105,2 min manatı və ya 1,0 faizi isə sair tikinti işləri olmuşdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.