Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ilin 01 oktyabr tarixinə demoqrafik vəziyyət

Demoqrafik vəziyyət

9

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əhali statistikası şöbəsinin məlumatına əsasən şəhər əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) ilin əvvəlindən 118 nəfər və ya 0,1 faiz artaraq 2025-ci ilin 01 oktyabr tarixinə 103225 nəfərə çatmışdır. 2025-ci ilin yanvar-sentyabr aylarında isə əhalinin ümumi artımı 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 84 nəfər və ya 41,6 faiz az olmuşdur. 2025-ci ilin 01 oktyabr tarixinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 2024-cü ilə nisbətən 245 nəfər və ya 1,2 faiz azalaraq 19511 nəfər olmuşdur.

Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Mingəçevir şəhərində 593 doğulan körpə qeydə alınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,2-dən 5,7-ə düşmüşdür. 2025-ci ilin yanvar-sentyabr aylarında 479 ölüm halı qeydə alınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən əhalinin hər 1000 nəfərinə bu göstərici artaraq 4,5-dən 4,6-a çatmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 2025-ci ilin yanvar-sentyabr aylarında diri doğulanların sayı 20,1 faiz və ya 149 nəfər az, ölənlərin sayı isə 3,0 faiz və ya 14 nəfər çox olmuşdur.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri*

 

Yanvar-sentyabr ayları üzrə

Nəfər

Əhalinin hər 1000 nəfərinə1)

2025

2024

artım (+), azalma (-)

2025

2024

2025-ci il 2024-cü ilə nisbətən, faizlə

Təbii artımı

114

277

-163

1,1

2,7

40,7

    doğulanlar

593

742

-149

5,7

7,2

79,2

    ölənlər

479

465

14

4,6

4,5

102,2

Nikahlar

259

295

-36

2,5

2,9

86,2

Boşanmalar

174

244

-70

1,7

2,4

70,8

1) Əmsallar il üçün hesablanmışdır

*) ilkin məlumat və hesablama

2025-ci ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 259 nikah və 174 boşanma halları qeydə alınmış və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 2,9-dan 2,5-ə, boşanmaların sayı isə 2,4-dən 1,7-ə düşmüşdür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.