Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ildə Azərbaycan televiziyalarına xəbərdarlıqlar və yayım dayandırmaları tətbiq edilib

Audiovizual Şura qanunsuz yayım və lisenziyasız fəaliyyət göstərən operatorlara qarşı tədbirləri gücləndirib, kanallar və internet resursları cərimələnib və yayımları müvəqqəti dayandırılıb

240

2025-ci ildə “Space TV”, “ARB”, “Xəzər TV”, “MTV”, “ATV”, “Baku TV” kanallarına xəbərdarlıq verilib. Hər kanal üzrə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq qeydə alınıb.

Audiovizual Şuradan bildirilib ki, “MTV” və “Dünya TV”nin yayımı hərəsi 3 saat, “Kanal S”in yayımı 24 saat, “Space TV”nin yayımı isə 6 saat dayandırılıb. Bundan əlavə, “MTV” kanalının aid olduğu “Muz TV Azərbaycan” MMC-yə 3–4 min manat cərimə tətbiq olunub.

Keçən il “Media haqqında” Qanunun tələblərinə əməl etməyən 11 operator üzrə inzibati protokol hazırlanaraq məhkəməyə göndərilib və hər biri 5 min manat cərimə olunub.

Audiovizual Şura eyni zamanda lisenziyasız fəaliyyət göstərən internet resurslar, sosial şəbəkə hesabları və xarici kanalların qanunsuz retranslyasiyasına qarşı da mübarizəni davam etdirib. Koordinasiyalı tədbirlər nəticəsində 100-dən çox İP ünvan məhdudlaşdırılıb və 30-dan çox fiziki və hüquqi şəxsin fəaliyyəti dayandırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.