Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2025-ci ildə 21 BMT əməkdaşı qəsdən hücumlarda həyatını itirib

Həlak olanlar arasında 12 sülhməramlı və 9 mülki işçi var; Banqladeş, Sudan, Cənubi Afrika və digər ölkələrdən olan əməkdaşlar bu hücumların qurbanı olublar

61

2025-ci il ərzində qəsdən həyata keçirilən hücumlar nəticəsində ən azı 21 BMT əməkdaşı həyatını itirib. Həlak olanların 12-si sülhməramlı, 9-u isə mülki işçi olub. Bu məlumatı BMT-nin Beynəlxalq Mülki Xidmətin Təhlükəsizliyi üzrə Daimi Komitəsi cümə axşamı günü yayımladığı hesabatda açıqlayıb.

Hesabatda bildirilir ki, Qəzza müharibəsi zamanı ölən BMT əməkdaşları bu statistikaya daxil edilməyib, çünki onların həlakı qəsdən törədilən hücumların məqsədi olmayıb.

Komitənin açıqlamasına görə, qəsdən hücumlardan həlak olan BMT işçilərinin altısı Banqladeş, beşi Sudan, ikisi Cənubi Afrika və qalanları isə Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiyadan olub.

Qeyd olunur ki, 2024-cü ildə belə hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşı ölüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.