Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətləri

Şəhərin ictimai iaşə xidmətləri

2024-cü ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi 8809,3 min manat, xüsusi çəkisi isə 1,84 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 8809,3 min manatlıq ictimai iaşə xidməti göstərilmişdir ki, bu da 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə müqayisəli qiymətlərlə 10,0 faiz çox olmuşdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətlərinin dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə real ifadədə 21,8 faiz artaraq 459,3 min manat olmuşdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətləri dövriyyəsinin 236,7 min manatı və ya 51,5 faizi dövlət mülkiyyətli müəssisələrin hesabına formalaşmışdır.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.