Tikinti
2024-cü ilin yanvar-iyun aylarında 118 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 ev və ya 7,3 faiz çox olmuşdur. 2024-cü ilin yanvar-iyun aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 12683,4 kv. metr, yaşayış sahəsi isə 7355,6 kv. metr olmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 13,1 faiz və ya 1472,8 kv. metr, yaşayış sahəsi isə 21,7 faiz və ya 1309,7 kv. metr çox olmuşdur. 2024-cü ilin yanvar-iyun aylarında istifadəyə verilmiş yaşayış evlərinin dəyəri 7588,5 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1601,4 min manat və ya 26,7 faiz çox olmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında və 2024-cü ilin yanvar-iyun aylarında əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri qrafikdə xarakterizə olunur.
2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 35276,3 min manat investisiya yönəldilmişdir ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,2 dəfə çox olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 34702,9 min manat investisiya qoyulmuşdur ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə çox olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 6242,9 min manat olmuşdur ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9434,6 min manat və ya 60,2 faiz az olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında yerinə yetirilmiş tikinti işlərinin 23,1 faizi və ya 1439,6 min manatı dövlət mülkiyyətində, 76,9 faizi və ya 4803,3 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2024-cü ilin yanvar-iyun aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 2190,8 min manatı və ya 35,1 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi, 1200,9 min manatı və ya 19,2 faizi əsaslı təmir işləri, 2556,7 min manatı və ya 41,0 faizi cari təmir işləri, 294,5 min manatı və ya 4,7 faizi isə sair işlərdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.