2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklər
İl ərzində rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.
Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.
Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir.
2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1325 olmuşdur.
Fəaliyyət növləri |
Hüquqi şəxslərin sayı |
Ümumi saya görə faizlə |
|
CƏMİ |
1325 |
100,0 |
|
o cümlədən: | |||
A | Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
85 |
6,42 |
B | Mədənçıxarma sənayesi |
11 |
0,83 |
C | Emal sənayesi |
86 |
6,49 |
D | Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
8 |
0,6 |
E | Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
2 |
0,15 |
F | Tikinti |
144 |
10,87 |
G | Ticarət; nəqliyyat vasitələrinin təmiri |
262 |
19,77 |
H | Nəqliyyat və anbar təsərrüfatı |
15 |
1,13 |
İ | Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
12 |
0,91 |
J | İnformasiya və rabitə |
24 |
1,81 |
K | Maliyyə və sığorta fəaliyyəti |
22 |
1,66 |
L | Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
19 |
1,43 |
M | Peşə, elmi və texniki fəaliyyət |
34 |
2,57 |
N | İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
44 |
3,32 |
O | Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
16 |
1,21 |
P | Təhsil |
57 |
4,3 |
Q | Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
33 |
2,49 |
R | İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
21 |
1,59 |
S | Digər sahələrdə xidmətlərin göstərilməsi |
430 |
32,45 |
Şərhlər bağlıdır.