Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklər

İl ərzində rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir.

21

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Bu dövrdə şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir.

2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə “Statistik vahidlərinin Dövlət reyestri”ndə Mingəçevir şəhəri üzrə qeydiyyatdan keçmiş hüquqi şəxslərin, filial və nümayəndəliklərin sayı 1325 olmuşdur.

Fəaliyyət növləri

Hüquqi şəxslərin sayı

Ümumi saya görə faizlə

  CƏMİ

1325

100,0

  o cümlədən:    
A Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

85

6,42

B Mədənçıxarma sənayesi

11

0,83

C Emal sənayesi

86

6,49

D Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

8

0,6

E Su təchizatı, tullantıların təmizlənməsi və emalı

2

0,15

F Tikinti

144

10,87

G Ticarət; nəqliyyat vasitələrinin təmiri

262

19,77

H Nəqliyyat və anbar təsərrüfatı

15

1,13

İ Turistlərin yerləşdirilməsi və ictimai iaşə

12

0,91

J İnformasiya və rabitə

24

1,81

K Maliyyə və sığorta fəaliyyəti

22

1,66

L Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

19

1,43

M Peşə, elmi və texniki fəaliyyət

34

2,57

N İnzibati və yardımçı xidmətlərin göstərilməsi

44

3,32

O Dövlət idarəetməsi və müdafiə; sosial təminat

16

1,21

P Təhsil

57

4,3

Q Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

33

2,49

R İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

21

1,59

S Digər sahələrdə xidmətlərin göstərilməsi

430

32,45

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.