Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2023-cü ilin 9 ayında Mingəçevir şəhərində tikinti sahəsinin göstəriciləri

Qısa xülasə

2023-cü ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 161 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 14 ev və ya 9,5 faiz çox olmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 17695,0 kv.metr, yaşayış sahəsi isə 9251,5 kv.metrdir. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 3,9 faiz və ya 721,8 kv.metr az, yaşayış sahəsi isə 10,6 faiz və ya 889,2 kv.metr çox olmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 9685,0 min manatdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyərindən 1721,5 min manat və ya 21,6 faiz çox olmuşdur.

2022-ci ilin yanvar-sentyabr və 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri qrafikdə  xarakterizə olunur.

2023-cü ilin yanvar-sentyabr aylarında 14649,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 4651,1 min manatı və ya 31,7 faizi dövlət, 9998,7 min manatı və ya 68,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür.

2023-cü ilin yanvar-sentyabr aylarında şəhərdə əsas kapitala cəmi 36033,5 min manat investisiya yönəldilmişdir ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,2 faiz çox olmuşdur. Cəmi investisiyanın 23964,8 min manatı və ya 66,5 faizi dövlət, 12068,7 min manatı və ya 33,5 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.

2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 34609,5 min manat investisiya qoyulmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51,2 faiz çox olmuşdur.

2022-ci ilin yanvar-sentyabr və 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş investisiyaların və ondan tikinti-quraşdırma işlərinin dəyəri qrafikdə xarakterizə olunur.

2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 21069,6 min manat olmuşdur ki, bu da 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8864,5 min manat və ya 72,6 faiz çox olmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 10,5 faizi və ya 2217,9 min manatı dövlət mülkiyyətində, 89,5 faizi və ya 18851,7 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 3706,4 min manatı və ya 17,6 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi, 9564,6 min manatı və ya 45,4 faizi əsaslı təmir işləri, 6688,8 min manatı və ya 31,7 faizi cari təmir işləri, 1109,8 min manatı və ya 5,3 faizi isə sair işlərdir.

Şərhlər bağlıdır.