Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərin sənayesinin vəziyyəti

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir.

Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, tikinti materiallarının istehsalı sahələri təşkil edir.

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natural ifadəsində) həcmi keçən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indekslərinin hesablanması yolu ilə alınmış ümumi indeksi tətbiq edildikdən sonra artım tempi 79,2 faiz təşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində 210575,0 min manatlıq məhsul istehsal edilmişdir.

 

Malların istehsalı və xidmətlərin göstərilməsi 2022-ci ilin yanvar-sentyabr   aylarında

cəmi

yüklənmiş malların

həcmi,

min manatla

2022-ci ilin  01 oktyabr vəziyyətinə hazır məhsulun qalıqları,

min manatla

hesabat

dövrünün əvvəlindən,

min manatla

İlin əvvəlindən artım sürəti, faizlə
Mədənçıxarma sənayesi
Emal sənayesi 19224,9 107,6 19388,6 689,2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 187965,0 77,1 187990,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 3385,1 97,2 3385,1

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə istehsal edilmiş sənaye məhsulunun 187965,0 min manatı və ya 89,3 faizi elektrik enerjisinin istehsalı, onun ötürülməsi və bölüşdürülməsinin payına düşmüşdür. Belə ki, hesabat dövründə əmtəəlik 3485,04 milyon kVt. saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 22,9 faiz və ya 1036,30 milyon kVt. saat azdır.

Cari ilin yanvar-sentyabr aylarında şəhərdə əmtəəlik 11,87 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz və ya 1,17 min Qkal azdır.

Sifarişçilərə 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrinin özünün istehsalı olan və əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 210763,8 min manatlıq məhsul göndərilmişdir.

2022-ci il oktyabr ayının 1-i vəziyyətinə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələrinin anbarlarında 689,2 min manatlıq məhsulların qalığı mövcud olmuşdur.

 

Şərhlər bağlıdır.