Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2022-ci ilin yanvar-mart aylarında Mingəçevirdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı və açılmış iş yerləri

Mingəçevir şəhərində müxtəlif fəaliyyət sahələri üzrə

197

Əməkhaqqı

İlkin hesablamalara görə 2022-ci ilin yanvar-mart aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 16,3 faiz artaraq 554,8 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 613,6 manat, özəl müəssisələrdə isə 456,2 manat olmuşdur.

2022-ci ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

İqtisadi fəaliyyət növləri

Cəmi

o cümlədən

dövlət

qeyri-dövlət

Cəmi

554,8

613,6

456,2

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

356,9

306,7

400,0

Mədənçıxarma sənayesi

0,0

0,0

0,0

Emal sənayesi

604,6

452,8

608,6

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

727,3

727,3

0,0

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

421,0

421,0

0,0

Tikinti

445,9

470,4

400,1

Ticarət; nəqliyyat vasitələrinin təmiri

397,4

0,0

397,4

Nəqliyyat və anbar təsərrüfatı

336,9

347,4

298,1

Yaşayışın təşkili və ictimai iaşə

300,2

183,3

301,8

İnformasiya və rabitə

445,3

546,9

174,4

Maliyyə və sığorta fəaliyyəti

1477,4

1191,0

1513,9

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

370,0

375,6

316,6

Peşə, elmi və texniki fəaliyyət

555,0

502,0

594,2

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

414,5

414,9

366,7

Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat

865,0

899,4

462,8

Təhsil

623,4

627,0

223,9

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

613,5 641,3

277,8

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

523,6

528,6

194,1

Digər sahələrdə xidmətlərin göstərilməsi

469,8

0,0

469,8

Emal sənayesi, Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, Maliyyə və sığorta fəaliyyəti, Peşə, elmi və texniki fəaliyyət, Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, Təhsil və Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı şəhər üzrə orta göstəricidən yüksək olmuşdur.

Yeni iş yerləri

Bazar iqtisadiyyatına keçid şəraitində şəhərin sosial iqtisadi simasını müəyyən edən əsas amillərdən biri də əhalinin məşğulluğudur.

2022-ci ilin yanvar-mart ayları ərzində şəhərdə 37 yeni iş yeri açılmışdır ki, onlardan da müvafiq olaraq 11-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 26-sı isə mövcud müəssisə və təşkilatlarda açılmış iş yerləridir. Bununla yanaşı 2022-ci ilin yanvar-mart ayları ərzində Mingəçevir şəhərində müxtəlif fəaliyyət sahələri üzrə 228 fərdi sahibkarlıq subyekti yaradılmışdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.