Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2022-ci ildə Mingəçevir şəhərində qeydə alınmış inzibati xətalar

Respublikadakı sabitlik, xalq təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, Mingəçevirdə də özünü göstərməkdədir. 2022-ci ildə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar tərəfindən 9890 inzibati xəta aşkar edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 5757 xəta və ya 36,8 faiz az deməkdir. Aşkar edilmiş inzibati xətalar əsasında 9507 şəxs haqqında qərar çıxarılmışdır ki, bu da əvvəlki illə müqayisədə 6019 şəxs və ya 38,8 faiz azdır. Haqqında qərar çıxarılmış şəxslərdən 9351 şəxs və ya 98,4 faiz inzibati tənbeh olunmuşdur. Hesabat ilində inzibati tənbeh olunmuşlardan 8389 şəxs və ya 89,7 faiz cərimə olunmuşdur ki, bu da keçən ilə nisbətən 5945 şəxs və ya 41,5 faiz azalmış, 153 şəxs və ya 1,6 faiz xəbərdarlıq almışdır ki, bu da keçən ilə nisbətən 16 nəfər və ya 11,7 faiz, 192 şəxs və ya 2,1 faiz həbs olunmuşdur ki, bu da keçən ilə nisbətən 66 şəxs və ya 52,4 faiz artmışdır. Hesabat ilində 411880,0 manat cərimə tətbiq edilmişdir ki, bunun da 273168,5 manatı və ya 66,3 faizi inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər tərəfindən ödənilmişdir. 2021-ci illə müqayisədə müvafiq olaraq tətbiq edilmiş cərimələrin məbləği 430149,0 manat və ya 51,1 faiz, ödənilmiş cərimələrin məbləği isə 239226,2 manat və ya 46,7 faiz azalmışdır.

Təhlil zamanı aydın olmuşdur ki, cəmi qeydə alınmış inzibati xətaların;

  • 103-ü və ya 1,04 faizi sağlamlıq əleyhinə olan inzibati xətalara görə;
  • 53-ü və ya 0,54 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xətalara görə;
  • 146-sı və ya 1,48 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 203-ü və ya 2,05 faizi mülkiyyət əleyhinə olan inzibati xətalara görə;
  • 42-si və ya 0,42 faizi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 3-ü və ya 0,03 faizi damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 88-i və ya 0,89 faizi hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə;
  • 7675-i və ya 77,60 faizi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 29-u və ya 0,29 faizi yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 72-si və ya 0,73 faizi ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 12-si və ya 0,12 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 257-si və ya 2,60 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə;
  • 1178-i və ya 11,91 faizi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə;
  • 29-u və ya 0,29 faizi hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalardır.

2022-ci ildə tətbiq olunmuş cəmi cərimələrin;

Sağlamlıq əleyhinə olan inzibati xətalara görə 83 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 39 nəfərinə və ya 47,0 faizinə 12100,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 300,0 manatı və ya 2,5 faizi ödənilmişdir. 44 nəfərinə və ya 53,0 faizinə həbs, 17 nəfərinə və ya 20,5 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xətalara görə 50 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 23 nəfərinə və ya 46,0 faizinə 6600,0 manat məbləğində cərimə tətbiq edilmişdir. 27 nəfərinə və ya 54,0 faizinə həbs növü tətbiq edilmişdir.

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə 146 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 142 nəfərinə və ya 97,3 faizinə 25800,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 7700,0 manatı və ya 29,8 faizi ödənilmişdir. 4 nəfərinə və ya 2,7 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Mülkiyyət əleyhinə olan inzibati xətalara görə 176 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 8 nəfərinə və ya 4,5 faizinə 4010,0 manat məbləğində cərimə tətbiq edilmişdir. 7 nəfərinə və ya 4,0 faizinə həbs, 154 nəfərinə və ya 87,5 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara görə 42 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 24550,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3360,0 manatı və ya 13,7 faizi ödənilmişdir.

Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalara görə 3 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 400,0 manat məbləğində cərimə tətbiq edilmişdir

Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalara görə 88 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 3240,0 manat məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş cərimənin 3034,8 manatı və ya 93,7 faizi ödənilmişdir.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə 7665 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 7631 nəfərinə və ya 99,6 faizinə 291760,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 249338,7 manatı və ya 85,5 faizi ödənilmişdir.

Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalara görə 29 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 14 nəfərinə və ya 48,3 faizinə 5230,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3230,0 manatı və ya 61,8 faizi ödənilmişdir. 15 nəfərinə və ya 51,7 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə 72 şəxs inzibati tənbeh edilmişdir ki, onların da hamısına 5680,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 720,0 manatı və ya 12,7 faizi ödənilmişdir.

Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə 12 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 11 nəfərinə və ya 91,7 faizinə 300,0 manat məbləğində cərimə tətbiq edilmişdir. 1 nəfərinə və ya 8,3 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə 254 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 194 nəfərinə və ya 76,4 faizinə 12680,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 3750,0 manatı və ya 29,6 faizi ödənilmişdir. 28 nəfərinə və ya 11,0 faizinə həbs, 30 nəfərinə və ya 11,8 faizinə xəbərdarlıq edilmişdir.

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə 702 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 120 nəfərinə və ya 17,1 faizinə xəbərdarlıq edilmişdir. 96 nəfərinə və ya 13,7 faizinə 18390,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 420,0 manatı və ya 2,3 faizi ödənilmişdir. 86 nəfərinə və ya 12,3 faizinə həbs, 395 nəfərinə və ya 56,3 faizinə digər tənbeh növü tətbiq edilmişdir.

Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalara görə 29 şəxs inzibati tənbeh edilmişdir ki, onların da 3 nəfərinə və ya 10,3 faizinə xəbərdarlıq edilmişdir. 26 nəfərinə və ya 89,7 faizinə 1140,0 manat məbləğində cərimə tətbiq edilmişdir ki, bunun da 1080,0 manatı və ya 94,7 faizi ödənilmişdir.

Mingəçevir Şəhər Statistika İdarəsi inzibati xətalara qarşı mübarizənin səmərəliliyini artırmaq üçün müvafiq səlahiyyətli orqanların öz işlərini günün tələblərinə uyğun qurması və əhalinin hüquqi biliklərə yiyələnməsinə, məlumatlandırılmasına nail olmaqda görür.

Şərhlər bağlıdır.