Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2021-Cİ İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ ƏTRAF MÜHİTİN VƏZİYYƏTİ

Atmosfer havasının mühafizəsi və sudan istifadə

2021-ci ildə şəhər üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı stasionar mənbələrdən 3008,4 ton və avtomobil nəqliyyatından isə 1,21 min ton olmuşdur.

2021-ci ildə atmosfer havasının mühafizəsi 

Atmosferə atılan çirkləndirici maddələr Hesabat ilində çirkləndirici maddələrin əvvəlki illə müqayisəsi
2021-ci ildə 2020-ci ildə artmışdır (+), azalmışdır (-) %-lə
stasionar mənbələrdən, ton 3008,4 1433,0 1575,4 2,1 dəfə
avtomobil nəqliyyatından, min ton 1,21 1,12 0,09 108,0

2021-ci ildə Mingəçevirdə atmosferə çirkləndirici maddələr tullayan müəssisələrin sayı 7 olmuşdur. Hesabat ili ərzində 16 çirkləndirici tullantı mənbəyi mövcud olmuşdur ki, bu da 2020-ci il ilə müqayisədə 2 ədəd və ya 14,3 faiz çoxdur.

Şəhərin müəssisə və təşkilatları tərəfindən hesabat ilində atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2020-ci ilin yekunları ilə müqayisədə 1575,4 ton və ya 2,1 dəfə artaraq 3008,4 ton olmuşdur.

Atmosferin çirklənməsi onun tərkibində olan tozun, kükürd anhidridinin, karbon və azot oksidlərinin və spesifik qarışıqların miqdarı ilə müəyyən edilir. 2021-ci ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən atmosferə atılan zərərli maddələrin  58,7 tonu bərk maddələr, 2949,7 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 35,4 faizi və ya 1044,5 tonu kükürd anhidridi, 0,1 faizi və ya 3,9 tonu karbon 2-oksidi, 64,0 faizi və ya 1886,3 tonu azot 4-oksidi, 0,5 faizi və ya 15,0 tonu karbohidrogenlər (uçucu üzvi birləşmələrsiz) təşkil etmişdir.

2021-ci ildə şəhərdə stasionar mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin həcminin əvvəlki illə müqayisəsi 

2021-ci ildə 2020-ci ildə 2021-ci ilin əvvəlki ilə nisbəti, faizlə
Şəhər üzrə – cəmi, ton 3008,4 1433,0 2,1 dəfə
o cümlədən:
bərk maddələr 58,7 0,1 587,0 dəfə
qazaoxşar və maye maddələr 2949,7 1432,9 2,1 dəfə
onlardan:
kükürd-anhidridi 1044,5 2,5 417,8 dəfə
karbon 2-oksidi 3,9 2,9 134,5
azot 4-oksid 1886,3 1411,8 133,6
karbohidrogenlər

(uçucu üzvi birləşmələrsiz)

15,0 15,7 95,5

Bütün stasionar mənbələrdən 2021-ci il ərzində ayrılan çirkləndirici maddələrin hamısı təmizlənmədən atmosferə atılmışdır. Təmizlənmədən atılmış çirkləndirici maddələrin tam əksəriyyəti mütəşəkkil mənbələrdən atılmışdır. Stasionar mənbələrdən tutulan və zərərsizləşdirilən maddələr olmamışdır.

Şəhərin təbiəti mühafizə orqanları tərəfindən hər bir sənaye müəssisəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə işlər aparılır.

2021-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin miqdarı 1,21 min ton olmuşdur ki, bu da 2020-ci il ilə müqayisədə 0,09 min ton və ya 8,0 faiz çoxdur.

2021-ci ildə şəhərdə avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcminin əvvəlki illə müqayisəsi 

2021-ci ildə 2020-ci ildə 2021-ci ilin əvvəlki ilə nisbəti, faizlə
Şəhər üzrə – cəmi, min ton 1,21 1,12 108,0
o cümlədən:
karbon oksidləri 0,78 0,76 102,6
azot oksidləri 0,14 0,12 116,7
karbohidrogenlər 0,18 0,16 112,5
his və qurum 0,11 0,08 137,5

Hesabat ilində şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin 64,5 faizini və ya 0,78 min tonunu karbon oksidləri, 11,5 faizini və ya 0,14 min tonunu azot oksidləri, 14,9 faizini və ya 0,18 min tonunu karbohidrogenlər, 9,1 faizini və ya 0,11 min tonunu his və qurum təşkil etmişdir.

SUDAN İSTİFADƏ

2021-ci ildə şəhərdə təbii su mənbələrindən 2083,82 milyon kub metr su götürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 193,52 milyon kub metr və ya 10,2 faiz çoxdur. Həmin suyun hamısı yerüstü mənbələrdən götürülmüşdür.

Hesabat ilində şəhərdə su sərfi 1147,40 milyon kub metr olmuşdur ki, bu da təbii mənbələrdən götürülən suyun 55,1 faizini təşkil edir. 2020-ci il ilə müqayisədə hesabat ilində su sərfi 415,20 milyon kub metr və ya 56,7 faiz çoxdur. Məişət-içməli məqsədlərə  4,54 milyon kub metr, istehsalata isə 1142,42 milyon kub metr su ötürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq məişət-içməli məqsədlərə 0,56 milyon kub metr və ya 11,0 faiz az, istehsalata isə 415,92 milyon kub metr və ya 57,2 faiz çox sudan istifadə edilmişdir.

İl ərzində suvarmaya 0,16 milyon kub metr su sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 0,14 milyon kub metr və ya 46,7 faiz azdır.

Hesabat ilində şəhərdə suyun nəqli zamanı 10,40 milyon kub metr itkiyə yol verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 291,10 milyon kub metr və ya 96,6 faiz azdır.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsi sisteminin əsas elementi ətraf mühitin çirklənməsinə görə müəssisə və təşkilatlar tərəfindən ödənilən vəsaitin əsasında ekoloji fondun yaradılmasıdır.

Statistika idarəsi hesab edir ki, şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müəssisə və təşkilatların balansında olan təmizləyici qurğulardan maksimum istifadəyə və ekoloji fonda vəsaitlərin vaxtında ödənilməsinə nail olmaq günün vacib məsələlərindən biridir.

Sudan istifadənin əsas göstəriciləri, milyon kub metrlə

2021-ci ildə

2020-ci ildə

2021-ci ilin əvvəlki ilə nisbətən, faizlə

Təbii mənbələrdən götürülən su

2083,82

1890,30

110,2

Su istehlakı – cəmi

1147,40

732,20

156,7

ondan istifadə olunmuşdur:
məişət-içməli məqsədlərə

4,54

5,10

89,0

istehsalata

1142,42

726,50

157,2

suvarmaya

0,16

0,30

53,3

kənd təsərrüfatı təchizatına

başqa məqsədlərə

0,29

0,30

96,7

Atılan çirkab suların cəmi

40,09

8,50

4,7 dəfə

ondan
təmizlənməmiş çirkab su

3,31

4,40

75,2

Dövri təkrar su təchizatı

1175,17

724,90

162,1

Nəql zamanı itkilər

10,40

301,50

3,4

 

Şərhlər bağlıdır.