2020-ci ilin yanvar-mart ayları ərzində Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Sənaye müəssisələri tərəfindən 2020-ci ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 71754,9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 4,0 faizi emal sektorunda, 94,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti sektorunda İlkin hesablamalara görə 2020-ci ilin yanvar-mart aylarında şəhərdə əsas kapitala cəmi 10296,0 min manat investisiya yönəldilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə çoxdur. Cəmi investisiyanın 9941,1 min manatı və ya 96,6 faizi dövlət, 354,9 min manatı və ya 3,4 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.
2020-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 9877,4 min manat investisiya qoyulmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,2 dəfə çoxdur.
Kənd təsərrüfatı sektorunda 2020-ci ilin yanvar-mart ayları ərzində heyvandarlıq məhsullarının istehsalı üzrə 14,8 ton ət (diri çəkidə) kəsilmiş, 303,3 ton süd (fiziki çəkidə) sağılmış, 64,0 min ədəd yumurta istehsal edilmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-mart aylarında 212,0 min ton yük və 7471,0 min sərnişin daşınmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,4 faiz, sərnişin daşınması isə 4,1 faiz azalmışdır.
İnformasiya və rabitə müəssisələri 2020-ci ilin yanvar-mart aylarında 340,1 min manatlıq xidmət göstərmişdir ki, onun da 96,1 faizi və ya 327,0 min manatı əhali sektoruna aid olmuşdur. 2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 12,7 faiz və ya 49,4 min manat azalmışdır.
2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 95156,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 16646,2 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 6,2 faiz artmış, ödənişli xidmətlərin həcmi isə 1,0 faiz azalmış, ticarət şəbəkəsindən 50455,0 min manatlıq ərzaq məhsulları, 44701,2 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2020-ci ilin fevral ayı ilə müqayisədə 2020-ci ilin mart ayında cəmi istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 1,7 faiz artmışdır. Artmaya əsas səbəb ərzaq məhsullarının 4,0 faiz artması olmuşdur.
2019-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-mart aylarında cəmi istehlak məhsullarının və xidmətlərin qiymətləri 4,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 9,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,9 faiz və ödənişli xidmətlərin qiymətləri isə 1,1 faiz artmışdır.
Yeni iş yerləri – 2020-ci ilin yanvar-mart ayları ərzində şəhərdə 269 yeni iş yeri açılmışdır ki, onlardan da müvafiq olaraq 4,8 faizi və ya 13-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 23,0 faizi və ya 62-i mövcud müəssisə və təşkilatlarda, 72,1 faizi və ya 194-ü isə fiziki şəxslər üzrədir. 2020-ci ilin yanvar-mart ayları ərzində açılmış yeni iş yerlərinin 100,0 faizidə daimi iş yeridir.
Şərhlər bağlıdır.