Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2019-CU İLİN YANVAR-SENTYABR AYLARINDA DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞDİRİLƏN İSTEHLAKÇILARIN KOMMUNAL VƏ RABİTƏ ХİDMƏTLƏRİNDƏN İSTİFADƏSİ

2019-cu ilin yanvar-sentyabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 5516,9 min kVt.saat elektrik enerjisi, 1727,1 Q.kalori istilik enerjisi, 563,4 min kub m. təbii qaz, 218,4 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 3,8 faiz, istilik enerjisinin 30,1 faiz, təbii qazın 15,5 faiz, suyun isə 32,2 faiz artması deməkdir. İstehlak edilən 47,1 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 7,5 min manat və ya 18,9 faiz artmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 54,1 faizini elektrik enerjisi, 4,7 faizini istilik enerjisi, 12,2 faizini təbii qaz, 23,8 faizini su və 5,2 faizini rabitə хidmətləri təşkil etmişdir.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,7 faiz və ya 103,3 min manat artaraq 917,2 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2019-cu ilin yanvar-sentyabr ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 99,7 faizini və ya 914,9 min manatını ödəmişlər.

2019-cu ilin yanvar-sentyabr aylarında istehlak edilmiş elektrik enerjisinin, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin dəyərinin ödənilməsi diaqramda göstərilmişdir.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 26,1 min manat və ya 5,0 faiz elektrik enerjisindən, 4,1 min manat və ya 8,7 faiz istilik enerjisindən, 5,5 min manat və ya 4,7 faiz təbii qazdan, 8,3 min manat və ya 3,7 faiz sudan, 4,7 min manat və ya 9,1 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az istifadə olunmuşdur.

Şərhlər bağlıdır.