Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2019-CU İLİN YANVAR-MART AYLARINDA MİNGƏÇEVİRDƏ TİKİNTİNİN ƏSAS GÖSTƏRİCİLƏRİ

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə ölkənin dördüncü şəhəri olmaqla bərabər, həm də güclü bazası olan tikinti sektoruna malikdir. Son illər tikinti sahəsində canlanma baş vermiş, şəhərdə quruculuq işləri artmış və abadlıq işləri geniş vüsət almışdır.

Hesabat dövründə 19 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 19 ev və ya 51,3 faiz azdır. 2019-cu ilin yanvar-mart aylarında şəhərdə tikilib istifadəyə verilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabınadır.

2019-cu ilin yanvar-mart aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 1274,7 kvadrat metr, yaşayış sahəsi isə 843,4 kvadrat metrdir. 2018-ci illin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq yaşayış evlərinin ümumi sahəsi 71,0 faiz və ya 3114,3 kvadrat metr, yaşayış sahəsi isə 65,3 faiz və ya 1584,6 kvadrat metr azdır. 2019-cu ilin yanvar-mart aylarında istifadəyə verilmiş fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 456,0 min manat, ondan yaşayış evlərinin dəyəri isə 402,9 min manatdır.

2019-cu ilin yanvar-mart aylarında 1584,4 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 1128,4 min manatı və ya 71,2 faizi dövlət, 456,0 min manatı və ya 28,8 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorunun payına düşən istifadəyə verilmiş əsas fondların hamısı əhalinin şəxsi vəsaiti hesabınadır.

2019-cu ilin yanvar-mart aylarında şəhərdə əsas kapitala cəmi 2819,3 min manat investisiya yönəldilmişdir ki, bu da 2018-ci illin müvafiq dövrü ilə müqayisədə 11166,0 min manat və ya 79,8 faiz azdır. Cəmi investisiyanın 2323,3 min manatı və ya 82,4 faizi dövlət, 496,0 min manatı və ya 17,6 faizi qeyri-dövlət sektoruna yönəldilmişdir. Qeyri-dövlət sektorunun payına düşən əsas kapitala yönəldilmiş investisiyanın 91,9 faizi və ya 456,0 min manatı əhalinin şəxsi vəsaiti hesabınadır ki, bunun da 433,2 min manatı tikinti-quraşdırma işləridir.

2019-cu ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan tikinti-quraşdırma işlərinə 2730,4 min manat investisiya qoyulmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5182,4 min manat və ya 65,5 faiz azdır.

2019-cu ilin yanvar-mart aylarında nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər, baş idarələr və birliklər tərəfindən mərkəzləşmiş qaydada Mingəçevir şəhərində 32,9 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir ki, bu da şəhər üzrə əsas fondların 2,1 faizini təşkil etmişdir.

Hesabat dövründə  nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər, baş idarələr və birliklər tərəfindən Mingəçevir şəhərində inşaat işlərinə mərkəzləşdirilmiş qaydada 1227,8 min manat investisiya yönəldilmişdir ki, bu da ümumi investisiyanın 43,5 faizini təşkil edir. Mərkəzləşdirilmiş qaydada əsas kapitala yönəldilmiş ümumi investisiyadan 1179,0 min manatı tikinti-quraşdırma işləridir ki, bu da ümumi tikinti-quraşdırma işlərinin 43,2 faizini təşkil edir.

2019-cu ilin aprel ayının 1-i vəziyyətinə 60 tikinti müəssisəsi qeydiyyatdadır ki, onlardan da 23-ü və ya 38,3 faizi fəaliyyətdə olan müəssisələrdir. Hesabat dövrü ərzində cəmi müəssisələrdən 10-u və ya 16,6 faizi fəaliyyət göstərmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə ilə müqayisədə 21,4 faiz və ya 3 müəssisə azdır. Fəaliyyət göstərən müəssisələrdən 6-sı və ya 54,5 faizi əsas fəaliyyətlə məşğul olmuşdur ki, bunların da 2-i dövlət mülkiyyətidir.

Tikinti fəaliyyəti ilə məşğul olan 10 müəssisənin yerinə yetirdikləri işlərin dəyərinə görə 4-ü və ya 40,0 faizi iri və orta sahibkarlıq subyekti, 6-sı və ya 60,0 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2019-cu ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 4537,4 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,1 faiz və ya 7427,9 min manat azdır. 2019-cu ilin yanvar-mart aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 8,1 faizi və ya 366,9 min manatı dövlət mülkiyyətində, 91,9 faizi və ya 4170,5 min manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisələr tərəfindən yerinə yetirilmişdir. 2019-cu ilin yanvar-mart aylarında yerinə yetirilmiş işlərinin 3443,1 min manatı və ya 75,9 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 37,4 min manatı və ya 0,8 faizi əsaslı təmir işləri, 1056,9 min manatı və ya 23,3 faizi cari təmir işləridir.

2019-cu ilin yanvar-mart aylarında tikinti müəssisələri fəaliyyət növləri bölgüsünə görə yerinə yetirdikləri işlərinin 3591,3 min manatı və ya 79,1 faizi mülki təyinatlı inşaat işləri və 946,1     min manatı və ya 20,9 faizi ixtisaslaşdırılmış tikinti işləridir.

2019-cu ilin yanvar-mart aylarında iri və orta tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 4281,3 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7310,5 min manat və ya 63,1 faiz azdır. 2019-cu ilin yanvar-mart aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 8,6 faizi və ya 366,5 min manatı dövlət, 91,4 faizi və ya 3914,8 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən yerinə yetirilmişdir. 2019-cu ilin yanvar-mart aylarında yerinə yetirilmiş tikinti işlərinin 3224,8 min manatı və ya 75,3 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 1056,5 min manatı və ya 24,7 faizi cari təmir işləridir.

2019-cu ilin yanvar-mart aylarında kiçik sahibkarlıq subyektləri sayılan tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 256,1 min manat olmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz və ya 117,4 min manat azdır. 2019-cu ilin yanvar-mart aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 0,2 faizi və ya 0,4 min manatı dövlət, 99,8 faizi və ya 255,7 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən yerinə yetirilmişdir. 2019-cu ilin yanvar-mart aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 218,3 min manatı və ya 85,2 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 37,4 min manatı və ya 14,6 faizi əsaslı təmir işləri, 0,4 min manatı və ya 0,2 faizi cari təmir işlərdir.

Şərhlər bağlıdır.