2018-ci ilin yanvar-sentyabr aylarında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Sənaye müəssisələri tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 219396,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sektorunda, 2,9 faizi emal sektorunda, 95,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 47,2 ton ət (diri çəkidə) kəsilmiş, 586,9 ton süd (fiziki çəkidə) sağılmış, 130,0 min ədəd yumurta, 5,1 ton yun istehsal edilmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 603,0 min ton yük və 24778,0 min sərnişin daşınmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 2,9 faiz, sərnişin daşınması isə 3,3 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri 2018-ci ilin yanvar-sentyabr aylarında 887,3 min manatlıq xidmət göstərmişdir ki, onun da 84,3 faizi və ya 747,9 min manatı əhali sektoruna aid olmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 13,0 faiz və ya 132,1 min manat azalmışdır.
2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 263557,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 47979,2 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 5,3 faiz, ödənişli xidmətlərin həcmi isə 4,0 faiz artmış, ticarət şəbəkəsindən 123180,5 min manatlıq ərzaq məhsulları, 140376,8 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2018-ci ilin avqust ayı ilə müqayisədə sentyabr ayında cəmi istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 0,1 faiz azalmışdır. Azalmaya əsas səbəb ərzaq məhsullarının 0,2 faiz azalması olmuşdur.
2017-ci ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-sentyabr aylarında cəmi istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz və ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artmışdır.
İlin əvvəlindən əhalinin sayı 515 nəfər artaraq 2018-ci ilin oktyabr ayının 1-i vəziyyətinə 105078 nəfər olmuşdur.
Şərhlər bağlıdır.