Nəqliyyat
Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur.
Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2018-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 3734,3 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,1 min manat və ya 0,7 faiz artmışdır. Hesabat dövründə göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcminin 3673,4 min manatı və ya 98,4 faizi nəqliyyat müəssisə və təşkilatlarının (fiziki şəxslər də daxil edilməklə) əsas fəaliyyətindən yaranmışdır.
Şəhərin nəqliyyat müəssisə və təşkilatları tərəfindən göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə illər üzrə ümumi həcmi qrafikdə əks olunmuşdur.
Cari ilin yanvar-sentyabr aylarında şəhərdə avtomobil nəqliyyatı vasitələri ilə fiziki şəxslər də daxil olmaqla cəmi 603,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 min ton və ya 2,9 faiz artmışdır. Hesabat dövründə avtomobillərin yük dövriyyəsi 70872,3 min ton km. olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5902,1 min ton km. və ya 7,7 faiz azalmışdır.
2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında daşınmış sərnişinlərin sayı 792,0 min nəfər və ya 3,3 faiz artaraq 24778,0 min nəfər olmuşdur. Sərnişin dövriyyəsi isə müvafiq olaraq bu ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8129,4 min sərnişin km. və ya 3,3 faiz artaraq 253018,8 min sərnişin km. təşkil etmişdir.
İnformasiya və rabitə
2018-ci ilin yanvar-sentyabr aylarında şəhərin rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 887,3 min manat həcmində rabitə xidmətləri göstərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 132,1 min manat və ya 13,0 faiz az rabitə xidmətləri göstərilmişdir. Rabitə xidmətlərindən əldə edilən gəlirlərin 98,9 faizi dövlət sektorunun fəaliyyəti nəticəsində yaranmışdır.
Cari ilin yanvar-sentyabr aylarında əhaliyə faktiki qiymətlərlə göstərilmiş rabitə xidmətləri, əlavə dəyər vergisi ilə birlikdə 747,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 74,9 min manat və ya 9,1 faiz azdır.
Şərhlər bağlıdır.