Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

“2018-Cİ İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ TƏHSİL, MƏDƏNİYYƏT, SƏHİYYƏ, SOSİAL TƏMİNAT VƏ İDMAN”IN ƏSAS GÖSTƏRİCİLƏRİ

Ümumi təhsil, orta peşə təhsili, ali peşə təhsili, təhsil müəssisələrinin strukturu, mədəniyyət, sosial təminat, səhiyyə və idman barədə statistik göstəricilər.

TƏHSİL

Ümumi təhsil. Mingəçevir şəhərində 2018/2019-cu dərs ilinin əvvəlinə fəaliyyət göstərən 22 dövlət gündüz ümumtəhsil məktəblərində 16051 nəfər şagird təhsil alır ki, bu da ötən dərs ili ilə müqayisədə şagirdlərin sayının 399 nəfər və ya 2,5 faiz artması deməkdir. Gündüz ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ümumi sayından 7654 nəfərini və ya 47,7 faizini qızlar təşkil edir.

Şəhərdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hesabat ilində 1 ümumtəhsil məktəbində 2 xüsusi sinif fəaliyyət göstərir ki, onlarda da 16 nəfər şagird təhsil alır.

2018/2019-cu tədris ilində ikinci növbədə təhsil alan şagirdlərin sayı 2408 nəfər olmuşdur ki, bu da 2017/2018-ci ildəkindən 342 nəfər və ya 16,6 faiz çoxdur.

Gündüz ümumtəhsil məktəblərində maddi-texniki bazanın yeniləşdirilməsi prosesi davam etməkdədir. Şəhər büdcəsindən ayrılan vəsait hesabına məktəblərin əsaslı təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi işləri davam etdirilmişdir. Şəhərin təhsil müəssisələrinə 478,4 min manatlıq yeni əsas fondlar alınmışdır ki, bunun da 11,6 min manatını informasiya və kommunikasiya avadanlığı, 466,8 min manatını digər avadanlıqlardır.

Son illər respublikada lisey və gimnaziyaların şəbəkəsi inkişaf edir və burada təhsil alanların sayının artması, məktəb təhsil sistemində aparılan islahat prosesi ilə bağlıdır. Şəhərimizdə 2 lisey fəaliyyət göstərir ki, bunlarında hər ikisi dövlət liseyidir. 2018/2019-cu dərs ilinin əvvəlinə dövlət liseyində təhsil alan şagirdlərin sayı 2511 nəfərdir ki, bu da  əvvəllki dərs ilindəkindən 194 nəfər və ya 8,4 faiz çoxdur.

2018-ci ildə ümumtəhsil məktəblərini 805 nəfər bitirmiş və onların da 363 nəfəri və ya 45,1 faizi qızlardır. Əvvəlki il ilə müqayisədə ümumtəhsil məktəblərini bitirənlərin sayı 11 nəfər və ya 1,3 faiz azdır. Ümumtəhsil məktəblərini bitirənlərin 799 nəfəri və ya 99,3 faizi tam orta təhsil haqqında attestat almışdır.

2018-ci il oktyabrın 1-i vəziyyətinə dövlət gündüz ümumtəhsil məktəblərinin müəllim heyəti (əvəzçilər daxil edilməməklə) əvvəllki dərs ilindəkindən 58 nəfər və ya 4,1 faiz azalaraq 1341 nəfər olmuşdur ki, onların da 89,9 faizi və ya 1206 nəfəri qadınlardır.

Orta peşə təhsili.  Respublikamız bu təhsil növünə yiyələnmək üçün gənclərə kifayət qədər imkan yaradan çoxşaxəli təhsil müəssisələri şəbəkəsinə malikdir.

2018/2019-cu dərs ilinin əvvəlinə Mingəçevir şəhərində iki dövlət orta ixtisas (Tibb kolleci və Mingəçevir Turizm kolleci) məktəbi fəaliyyət göstərir.

2018-ci ildə orta ixtisas məktəblərində 2630 nəfər tələbə təhsil alır ki, bunlarında 60,3 faizi və ya 1587 nəfəri qadınlardır. Cəmi tələbələrin 22,7 faizi və ya 597 nəfəri qiyabi təhsil alır.

Ali peşə təhsili. Ali peşə məktəbi dövlət və qeyri–dövlət ali təhsil müəssisələrinin geniş şəbəkəsi ilə təmsil olunur.

Ali məktəblər ali təhsil sistemini daha çevik edən, tələbələrə təhsilin müxtəlif mərhələlərində gələcək təhsilin məqsəd və xüsusiyyətini seçməyə imkan verən mütəxəssislərin çoxdərəcəli hazırlığını həyata keçirir.

2018/2019-cu tədris ilinin əvvəlinə şəhərdə 1988 nəfər tələbənin təhsil aldığı universitet fəaliyyət göstərir.

Son illər şəhərin ali məktəblərində əyani təhsil forması xeyli genişlənmişdir. Cari dərs ilinin əvvəlinə ali məktəblərin əyani şöbələrində 92,5 faiz (1838 nəfər), qiyabi şöbələrində isə 7,5 faiz (150 nəfər) tələbə təhsil alır. Şəhərin ali məktəblərində təhsil alan tələbələrin 946 nəfəri və ya 47,6 faizi qızlardır.

2018-ci ildə dövlət ali məktəblərinə 599 nəfər və ya ötən ildəkindən 26 nəfər və ya 4,5 faiz çox tələbə qəbul olunmuşdur. Qəbul olunan tələbələrdən 98,8 faizi və ya  592 nəfəri əyani, 1,2 faizi və ya 7 nəfəri isə qiyabi şöbələrə qəbul olunmuşdur.

2018-ci ildə şəhərin ali məktəblərini 258 nəfər bitirmişdir ki, bu da ötən ildəkindən 40,8 faiz və ya 178 nəfər azdır. Buraxılmış mütəxəssislərin 82,9 faizi və ya 214 nəfəri əyani şöbədə, 17,1 faizi və ya 44 nəfəri isə qiyabi şöbədə təhsil almışdırlar.

Dövlət ali təhsil ocaqlarına xas olan ümumi maliyyə çətinlikləri onların kommersiyalaşdırılmasına gətirib çıxarır. Cari dərs ilinin  əvvəlinə ödənişli əsaslarla 1807 tələbə təhsil alır ki, bunun da 816 nəfərini və ya 45,2 faizini qızlar təşkil edir. Ödənişli əsaslarla təhsil alan tələbələr ali məktəb tələbələrinin 90,9 faizini, qızlar isə 41,0 faizini təşkil edir.

Təhsil müəssisələrinin strukturu. Təhsil islahatlarının əsas yeniliklərindən biri təhsil müəssisələrinin yeni formalarının yaradılmasından ibarətdir.

Orta peşə təhsili sahəsində qeyri-dövlət təhsil müəssisələrinin sayı çox deyil və bu səviyyədə mütəxəssislərin hazırlanması həcminə böyük təsir göstərmir. Hal-hazırda şəhərimizdə bir dövlət peşə məktəbi fəaliyyət göstərir. 2018-ci ildə peşə məktəbinə 162 nəfər şagird qəbul olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 102 nəfər və ya 2,6 dəfə çoxdur. Peşə məktəbində 156 nəfər şagird təhsil alır ki, onların da 26,3 faizi və ya 41 nəfəri qızlardır. Peşə məktəbində 2019-cu ilin 01 yanvar vəziyyətinə rəhbər və mühəndis-pedaqoji işçilər 28 nəfər olmuşdur. Peşə məktəbində çalışan işçilərin 18 nəfəri və ya 64,3 faizini qadınlardır. 2018-ci ildə peşə məktəbini bitirənlərin sayı 217 nəfər olmuşdur.

MƏDƏNİYYƏT

Şəhərdə 1 teatr, 7 klub müəssisəsi, 13 kitabxana və 3 muzey fəaliyyət göstərir. Mədəniyyət və incəsənət müəssisələrinin sayının dəyişməsinə dair məlumatlar (ilin sonuna) cədvəldə göstərilmişdir.

Şəhərdə fəaliyyət göstərən teatrda yerlərin sayı 369-dur. 2018-ci ildə teatrda 180 tamaşa göstərilmişdir ki, onların da 85-i və ya 47,2 faizi  gündüz tamaşaları, 95-i və ya 52,8 faizi axşam tamaşalarıdır. İl ərzində teatra gələnlərin sayı 26,4 min nəfər olmuşdur. 2018-ci ildə göstərilən tamaşaların sayı 2017-ci ildə göstərilən tamaşaların sayından 65 tamaşa və ya 56,5 faiz çox, tamaşaçıların sayı isə 0,5 min  nəfər və ya 1,9 faiz azdır.

2018-ci ildə şəhərdə 7 klub müəssisəsi fəaliyyət göstərmişdir. Həmin müəssisələrdə leksiya tamaşa zallarında oturacaq yerlərinin sayı 1105 ədəddir.

Şəhərdə yerləşən kütləvi və universal kitabxanaların sayı 13-dür. Onların fondunda olan kitabların sayı isə 255,8 min nüsxədir, bu da əhalinin hər 1000 nəfərinə hesabı ilə 2427 nüsxə kitab deməkdir. İl ərzində kitabxanalara gələnlərin sayı 35,1 min nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 0,2 min nəfər və ya 0,6 faiz azdır.

2018-ci ilin axırı üçün şəhərdəki muzeylərin əsas fond eksponatlarının sayı 15961 ədəd olmuşdur və bunların da 71,6 faizi və ya 11426 ədədi nümayiş etdirilmişdir.

Mövcud eksponatların 100 ədədi və ya 0,6 faizi nəqqaşlıq (rəssamlıq), 77 ədədi və ya 0,5 faizi qrafika, 23 ədədi və ya 0,1 faizi heykəltaraşlıq əsərləri, 11 ədədi və ya 0,1 faizi tətbiqi incəsənət məmulatı, 302 ədədi və ya 1,9 faizi arxeloji əşyalar, 1796 ədədi və ya 11,3 faizi məişət və etnoqrafik əşyalar, 5636 ədədi və ya 35,3 faizi fotoşəkillər, 4185 ədədi və ya 26,2 faizi sənədlər və 3831 ədədi və ya 24,0 faizi isə sair təşkil edir.

Eksponatların 1701-i və ya 10,7 faizi muzeydən kənarda nümayiş etdirilmişdir. 01 yanvar 2019-cu il vəziyyətinə muzeylərdə bərpası tələb olunan 2463 ədəd eksponat mövcuddur. Hesabat ilində mövcud eksponatlardan 7 ədədi və ya 0,04 faizi bərpa olunmuşdur. Muzeyə il ərzində fərdi gələnlərin sayı 30,1 min nəfər, ekskursiya şəklində gələnlərin sayı 51,2 min nəfər, ekskursiyaların sayı isə 543 vahid olmuşdur. Muzeydə təşkil olunmuş mühazirələrin sayı 115, sərgilərin sayı isə 59 olmuşdur. Təşkil olunmuş sərgilərin 49-u və ya 83,1 faizi muzeydə, 10-u və ya 16,9 faizi muzeydən kənarda təşkil olunmuşdur.

2018-ci  il ərzində şəhərdəki 3 muzeyə 81,3 min nəfər gəlmişdir ki, bu da əhalinin hər 1000 nəfərinə 774-dür.

SOSİAL  TƏMİNAT

2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində cəmi 18137 nəfər pensiyaçı qeydiyyatdadır ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz və ya 195 nəfər azdır.

Cəmi pensiya alanların sayından; 57,4 faizi və ya 10407 nəfəri yaşa, 32,3 faizi və ya 5852 nəfəri əlilliyə və 10,3 faizi və ya 1878 nəfəri ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərdir. 2018-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə müvafiq olaraq yaşa görə pensiya alanların sayı 2,3 faiz və ya 241 nəfər, ailə başçısını itirdiyinə görə pensiya alanların sayı 1,2 faiz və ya 22 nəfər azalmış, əlilliyə görə pensiya alanların sayı isə 1,2 faiz və ya 68 nəfər artmışdır.

01 yanvar 2019-cu il tarixə təyin olunmuş aylıq pensiyaların orta məbləği şəhər üzrə 01 yanvar 2018-ci il vəziyyəti ilə müqayisədə bir nəfərə 7,4 faiz və ya 13,61 manat artaraq 197,62 manat təşkil etmişdir.

2019-cu il yanvar ayının 1-i vəziyyətinə şəhərdə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,9 faiz və ya 1472 nəfər azalaraq 3146 nəfər olmuşdur. Həmin tarixə bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz və ya 5,34 manat artaraq 41,94 manat təşkil etmişdir.

SƏHİYYƏ

Sağlam insan sağlam ruhdur. İnsanların sağlamlığı keşiyində durmaq, sağlam düşüncəli cəmiyyət yetişdirmək həyatın ən yüksək amalıdır.

Şəhər əhalisinin sağlamlığı keşiyində 2018-ci ildə 395 nəfər bütün ixtisaslardan olan həkim olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5 nəfər və ya 1,3 faiz azdır. Orta tibb heyətinin sayı 20 nəfər və ya 2,1 faiz azalaraq 929 nəfər, xəstəxana çarpayılarının sayı isə dəyişməmişdir.

Əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün şəhərdə bir çox sosial təyinatlı obyektlər fəaliyyət göstərir.

2018-ci ildə şəhər əhalisinin sağlamlığını qorumaq məqsədilə 2 xəstəxana, 4 ambulator-poliklinika müəssisələri fəaliyyət göstərmişdir ki, onlarda da 1324 həkim və orta tibb işçisi çalışır. Beləliklə, Mingəçevir şəhər əhalisinin orta hesabla hər 10000 nəfərinə 37,5 həkim və 88,1 orta tibb heyəti, 34,1 xəstəxana çarpayıları düşür.

Şəhərdə uşaq sanatoriyası fəaliyyət göstərir.

Şəhərdə 2018-ci ildə qeydiyyata alınmış xəstəliklər arasında bəzi infeksion və parazitar xəstəliklər, əsəb sistemi və hissiyat orqanlarının xəstəlikləri, qan dövranı sisteminin xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, həzm sisteminin xəstəlikləri üstünlük təşkil etmişdir.

 İDMAN

2018-ci ildə şəhərdə 111 idman qurğusu fəaliyyət göstərmişdir. Onlardan 1 ədədi 5700 tamaşaçı yeri olan stadion, 3 ədəd kompleks idman qurğusu, 2 ədəd üzgüçülük hovuzları, 2 ədəd isə atıcılıq tiridir. Şəhər əhalisinin 24386 nəfəri və ya 23,1 faizi bədən tərbiyəsi və idmanla məşğul olur. Əvvəlki illə maqayisədə idmanla məşğul olanların sayı 1168 nəfər və ya 5,0 faiz artmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanlardan 10895 nəfərini və ya 44,7 faizini qadınlar təşkil edir ki, bu da keçən illə maqayisədə 671 nəfər və ya 6,6 faiz çoxdur.

İdman kompleksinin 130 nəfərlik 6 mərtəbəli mehmanxanası, 1 ədəd üzgüçülük hovuzu, qayıqların saxlanması üçün anbar, 500 nəfərlik tutumu olan idman zalı var.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close