Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq son illər müxtəlif növ qeyri–dövlət ticarət şəbəkələri yaranmışdır. İstehlak mallarının böyük əksəriyyəti fiziki şəxslər tərəfindən satılır. Belə bir şəraitdə, istehlak bazarının vəziyyəti haqqında daha dolğun və düzgün məlumat almaq məqsədi ilə tərəfimizdən bazar və yarmarkalarda vaxtaşırı seçmə müayinələr aparılır.
Pərakəndə əmtəə dövriyyəsi – əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.
İstehlak bazarı – əmtələrin mütəşəkkil və qeyri mütəşəkkil sektorlarla satışı ilə formalaşır.
Mütəşəkkil sektor – əmtələrin rəsmi qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən pərakəndə şəbəkə və topdansatış müəssisələri vasitəsi ilə satışını əks etdirir.
01 iyul 2015-ci il vəziyyətinə şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 24-dövlət obyekti, 1-İstehsal İstehlak Koperativi, 140-firma, məhdud məsuliyyətli cəmiyyət, kiçik müəssisə və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 3586 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.
2015-ci ilin 01 iyul vəziyyətinə şəhərdə “Mingəçevir bazar” ATSC-də (kolxoz bazarı) ticarət yerlərinin sayı 560 vahid, “Əşya bazarı” idarəsində ticarət yerlərinin sayı 478 vahid, “Fəzail” MMC-nin nəzdindəki yarmarkada ticarət yerlərinin sayı 176 vahid və “Yaşar firması” MMC-də ticarət yerlərinin sayı isə 93 vahiddir.
2015-ci ilin I yarımili ərzində şəhərin istehlak bazarında əhaliyə 120304,5 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə əmtəə dövriyyəsinin 46,8%-ni və ya 56247,5 min manatını ərzaq malları, 53,2%-ni və ya 64057,0 min manatını isə qeyri ərzaq malları təşkil etmişdir.
2015-ci ilin I yarımili ərzində şəhər üzrə pərakəndə əmtəə dövriyyəsi faktiki qiymətlərlə 120304,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 14289,9 min manat və ya 13,5% çoxdur.
2015-ci ilin I yarımilində pərakəndə əmtəə dövriyyəsi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,5% və ya 14289,9 min manat, müqayisəli qiymətlərlə isə 4,6% və ya 5290,7 min manat çox olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 5276,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 16,4% və ya 1032,4 min manat az, müqayisəli qiymətlərlə isə 4,6% və ya 232,1 min manat çox olmuşdur. Dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə əmtəə dövriyyəsi isə 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 28,7 min manat və ya 12,3% az, müqayisəli qiymətlərlə isə 9,0 min manat və ya 4,6% çox olmuşdur.
“İri və orta müəssisələr” üzrə hesabat dövründə cəmi pərakəndə əmtəə dövriyyəsi 4541,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1052,7 min manat və ya 18,8% az, müqayisəli qiymətlərlə isə 199,7 min manat və ya 4,6% çox deməkdir.
Hesabat dövründə “İri və orta müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,9 min manat, müqayisəli qiymətlərdə isə 19,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 12,3 min manat və ya 2,5 dəfə, müqayisəli qiymətlərdə isə 0,9 min manat və ya 4,7% çox deməkdir.
Əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 4125,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1062,6 min manat və ya 20,5% az, müqayisəli qiymətlərlə isə 181,4 min manat və ya 4,6% çox olmuşdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə cəmi pərakəndə əmtəə dövriyyəsi 415,8 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,4% və ya 9,9 min manat çox, müqayisəli qiymətlərlə isə 4,6% və ya 18,3 min manat çoxdur.
Hesabat dövründə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,9 min manat, müqayisəli qiymətlərdə isə 19,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 12,3 min manat və ya 2,5 dəfə, müqayisəli qiymətlərdə isə 0,9 min manat və ya 4,7% çox deməkdir.
“Kiçik müəssisələr” üzrə hesabat dövründə cəmi pərakəndə əmtəə dövriyyəsi 735,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,8% və ya 20,3 min manat, müqayisəli qiymətlərlə isə 4,6% və ya 32,4 min manat çox deməkdir. O cümlədən “Kiçik müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 184,1 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 41,0 min manat və ya 18,2% az, müqayisəli qiymətlərdə isə 8,1 min manat və ya 4,6% çoxdur.
Əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr” üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi hesabat dövründə 465,1 min manat olmuşdur ki, bu da keçən müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 51,9 min manat və ya 10,0% az, müqayisəli qiymətlərlə isə 4,6% və ya 20,5 min manat çox olmuşdur. O cümlədən əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr” üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə əmtəə dövriyyəsi hesabat dövründə faktiki qiymətlərlə 2014-cü ilin müvafiq dövründən 27,3 min manat və ya 13,4% , müqayisəli qiymətlərlə isə 4,6% və ya 7,8 min manat çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə cəmi pərakəndə əmtəə dövriyyəsi 2015-ci ilin I yarımilində 270,8 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən faktiki qiymətlərlə 72,2 min manat və ya 36,4% çox, müqayisəli qiymətlərlə isə 4,6% və ya 11,9 min manat çox olmuşdur. Hesabat dövründə digər sahələrin “Kiçik müəssisələr”i üzrə dövlət mülkiyyəti olan müəssisələrdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 7,1 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən faktiki qiymətlərlə 13,7 min manat və ya 65,9% az, müqayisəli qiymətlərlə isə 4,4% və ya 0,3 min manat çox olmuşdur.
Hesabat dövründə ümumi əmtəə dövriyyəsinin həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi 4,4%, 2014-cü ilin müvafiq dövründə isə 6,0% təşkil etmişdir. Ümumi əmtəə dövriyyəsinin həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi müqayisəli qiymətlərlə də 4,4% olmuşdur.
Cari ilin hesabat dövründə fiziki şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi cəmi 115027,6 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövründəkindən faktiki qiymətlərlə 5956,3 min manat və ya 15,4% çox, müqayisəli qiymətlərlə isə 5058,6 min manat və ya 7,5% çoxdur. Fiziki şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsinin 52,0%-i və ya 59788,6 min manatı bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına, 48,0%-i və ya 55239,0 min manatı isə digər fiziki şəxslərin hesabına olmuşdur.
2015-ci ilin I yarımilində şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 56247,5 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 13,8% və ya 6804,8 min manat, müqayisəli qiymətlərlə isə 5,5% və ya 2932,3 min manat çoxdur.
Hesabat dövründə şəhər üzrə qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə 64057,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 7485,1 min manat və ya 13,2%, müqayisəli qiymətlərlə isə 1744,8 min manat və ya 2,8% çoxdur.
Hesabat dövrü ərzində hüquqi şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 659,6 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 15,0% və ya 85,9 min manat, müqayisəli qiymətlərlə isə 5,5% və ya 34,4 min manat çoxdur.
Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi hüquqi şəxslər üzrə 2015-ci ilin müvafiq dövründə 4617,3 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 19,5% və ya 1118,3 min manat az, müqayisəli qiymətlərlə isə 2,8% və ya 125,8 min manat çox deməkdir.
Hesabat dövrü ərzində hüquqi şəxslərin dövlət mülkiyyəti olan müəssisələr üzrə ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır.
Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi hüquqi şəxslərin dövlət mülkiyyətli müəssisələri üzrə 204,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 14,4 min manat və ya 6,6% az, müqayisəli qiymətlərlə isə 5,6 min manat və ya 2,8% çoxdur.
Hüquqi şəxslərin “İri və orta müəssisələr»i üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 395,9 min manat olmuşdur ki, bu da 2014-cü ilin I yarımilindəkindən faktiki qiymətlərlə 2,4 min manat və ya 0,6% az, müqayisəli qiymətlərlə isə 20,6 min manat və ya 5,5% çoxdur.
Hüquqi şəxslərin “İri və orta müəssisələr»i üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 4145,1 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1050,3 min manat və ya 20,2% az, müqayisəli qiymətlərlə isə 112,9 min manat və ya 2,8% çoxdur.
“İri və orta müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə 2015-ci ilin I yarımilində ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır.
2015-ci ilin I yarımilində “İri və orta müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə qeyri ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 19,9 min manat təşkil etmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12,3 min manat və ya 2,6 dəfə, müqayisəli qiymətlərlə isə 0,5 min manat və ya 2,6% çoxdur.
2015-ci ilin I yarımilində əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır
Hesabat dövründə əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr” üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə 4125,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1062,6 min manat və ya 20,5% az, müqayisəli qiymətlərlə isə 112,4 min manat və ya 2,8% çoxdur.
O cümlədən əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə əmtəə dövriyyəsi olmamışdır.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr»i üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 395,9 min manat olmuşdur ki, bu da 2014-cü ilin I yarımilindəkindən faktiki qiymətlərlə 2,4 min manat və ya 0,6% az, müqayisəli qiymətlərlə isə 20,6 min manat və ya 5,5% çoxdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”i üzrə 2015-ci ilin hesabat dövründə qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 19,9 min manat olmuşdur ki, bu da 2014-cü ilin I yarımilindəkindən faktiki qiymətlərlə 12,3 min manat və ya 2,6 dəfə, müqayisəli qiymətlərlə isə 0,5 min manat və ya 2,6% çoxdur.
O cümlədən digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr”in dövlət mülkiyyəti olan müəssisələrin ərzaq malları üzrə pərakəndə əmtəə dövriyyəsi olmamış, qeyri-ərzaq malları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi isə 19,9 min manat olmuşdur ki, bu da 2014-cü ilin I yarımilindəkindən faktiki qiymətlərlə 12,3 min manat və ya 2,6 dəfə, müqayisəli qiymətlərlə isə 0,5 min manat və ya 2,6% çoxdur.
2015-ci ilin I yarımili ərzində “Kiçik müəssisələr” üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 263,7 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 88,3 min manat və ya 50,3%, müqayisəli qiymətlərlə isə 13,7 min manat və ya 5,5% çox deməkdir. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 472,2 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 68,0 min manat və ya 12,6% az, müqayisəli qiymətlərlə isə 12,9 min manat və ya 2,8% çoxdur.
“Kiçik müəssisələr”in dövlət mülkiyyəti olan müəssisələri üzrə ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi hesabat dövrü ərzində olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə hesabat dövründə 184,1 min manat olmuşdur ki, bu da ötən ilə nisbətən faktiki qiymətlərlə 26,7 min manat və ya 12,7% az, müqayisəli qiymətlərlə isə 5,0 min manat və ya 2,8% çoxdur.
Hesabat dövründə əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”də ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə 2015-ci ilin I yarımilində 465,1 min manat olmuşdur ki, bu da keçən illə müqayisədə faktiki qiymətlərlə 50,5 min manat və ya 9,8% az, müqayisəli qiymətlərlə isə 12,7 min manat və ya 2,8% çox olmuşdur.
Əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”in dövlət mülkiyyətli müəssisələri üzrə 2015-cü ilin hesabat dövründə ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə 177,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,3 min manat və ya 13,4% az, müqayisəli qiymətlərlə isə 4,8 min manat və ya 2,8% çox olmuşdur.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 263,7 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 89,7 min manat və ya 51,6% çox, müqayisəli qiymətlərlə isə 13,7 min manat və ya 5,5% çox olmuşdur. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə hesabat dövründə 7,1 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 17,5 min manat və ya 71,1% az, müqayisəli qiymətlərlə isə 0,2 min manat və ya 2,9% çox olmuşdur.
Hesabat dövründə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”inin dövlət mülkiyyətli müəssisələri üzrə ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi olmamışdır. Qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə hesabat dövründə 7,1 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,6 min manat və ya 9,2% çox, müqayisəli qiymətlərlə isə 0,2 min manat və ya 2,9% çox olmuşdur.
Cədvəldən göründüyü kimi 2015-ci ilin I yarımilində fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 55587,9 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 13,7% və ya 6718,9 min manat çox, müqayisəli qiymətlərlə isə 5,5% və ya 2897,9 min manat çoxdur.
Fiziki şəxslər üzrə hesabat dövründə qeyri-ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi isə 59439,7 min manat olmuşdur ki, bu da 2014-cü ilə nisbətən faktiki qiymətlərlə 8603,4 min manat və ya 16,9% çox, müqayisəli qiymətlərlə isə 1619,0 min manat və ya 2,8% çoxdur.
2015-ci ilin I yarımilində şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə əmtəə dövriyyəsi 56247,5 min manat olmuşdur ki, bu da ümumi pərakəndə əmtəə dövriyyəsinin 46,8%-ni təşkil edir. Qeyri – ərzaq mallarının həcmi isə 64057,0 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 53,2%-ni təşkil edir.
Hesabat dövründə yerli istehsal malları üzrə dövriyyənin həcmi 86463,6 min manat, dövriyyənin ümumi həcmində yerli istehsal mallarının xüsusi çəkisi 71,9% təşkil etmişdir. İdxal malları üzrə dövriyyənin həcmi 33840,9 min manat olmaqla dövriyyənin ümumi həcmində idxal mallarının xüsusi çəkisi 28,1% olmuşdur.
2015-ci ilin I yarımilində şəhər üzrə qeyri-neft məhsullarının dövriyyəsinin həcmi 113086,2 min manat olmaqla dövriyyənin ümumi həcmində onun xüsusi çəkisi 94,0% təşkil etmişdir.
Ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; ət, bitki yağları, kartof, yarma və paxlalılar, süd məhsulları, ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, kosmetika məmulatlarının, ayaqqabıların, trikotaj məmulatlarının, toxuculuq məmulatlarının, elektrik məişət cihazlarının pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.
Şəhərdə 2015-ci ilin I yarımilində ümumi pərakəndə əmtəə dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 46,8%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 53,2% olmuşdur. Ümumi əmtəə dövriyyəsinin həcmində ətin (8186,3 min manat) xüsusi çəkisi 6,8%, kartofun (2467,5 min manat) xüsusi çəkisi 2,1%, bitki yağlarının (2377,2 min manat) xüsusi çəkisi 2,0%, yarma və paxlalıların (2007,5 min manat) xüsusi çəkisi 1,7%, süd məhsullarının (1387,6 min manat) xüsusi çəkisi 1,2%, çörək-bulka məmulatlarının (1521,9 min manat) xüsusi çəkisi 1,3%, ət məhsullarının (1074,7 min manat) xüsusi çəkisi 0,9%, qeyri-ərzaq mallarından isə paltarların və alt geyimlərinin (19024,7 min manat) xüsusi çəkisi 15,8%, yanacaq (4315,8 min manat) xüsusi çəkisi 3,6%, trikotaj məmulatlarının (2209,0 min manat) xüsusi çəkisi 1,8%, ayaqqabılarin (1905,5 min manat) xüsusi çəkisi 1,6%, kosmetika məmulatlarının (1811,4 min manat) xüsusi çəkisi 1,5%, toxuculuq məmulatlarının (1253,7 min manat) xüsusi çəkisi 1,0%, elektrik məişət cihazlarının (1107,0 min manat) xüsusi çəkisi 0,9% pərakəndə satışda daha böyük xüsusi çəkiyə malikdir.
2015-ci ilin I yarımilində Respublika üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Mingəçevir şəhərinin əmtəə dövriyyəsinin xüsusi çəkisi 1,0% təşkil etmişdir.
Hesabat dövründə şəhərin əmtəə dövriyyəsində hüquqi şəxslərin (5276,9 min manat) xüsusi çəkisi 4,4%, fiziki şəxslərin (115027,6 min manat) payı isə 95,6% təşkil etmişdir.
Şəhərdə ticarət üçün xüsusi olaraq ayrılmış yerlərdə, bazar və yarmarkalarda fiziki şəxslər tərəfindən əhaliyə satılan istehlak mallarının həcmi keçirilən statistik müşahidə əsasında aparılan hesablamaya görə 2015-ci ilin I yarımilində 59788,6 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 21,6% və ya 16497,8 min manat az, müqayisəli qiymətlərlə isə 4,6% və ya 2629,3 min manat coxdur.
Ümumi əmtəə dövriyyəsində bazar və yarmarkaların pərakəndə əmtəə dövriyyəsinin həcmi hesabat dövründə 59788,69 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 49,7%-i deməkdir.
Şəhərdə digər fiziki şəxslər üzrə cəmi pərakəndə əmtəə dövriyyəsinin həcmi hesabat dövründə 55239,0 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,4 dəfə və ya 31820,1 min manat çox, müqayisıli qiymətlərlə isə 4,6% və ya 31820,1 min manat çoxdur. Ümumi əmtəə dövriyyəsində digər fiziki şəxslərin xüsusi çəkisi 45,9% -dir.
2015-ci ilin I yarımili ərzində şəhər üzrə topdansatışın əmtəə dövriyyəsi faktiki qiymətlərlə 408,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,5 min manat və ya 2,4% çoxdur.
Cari ilin I yarımilində topdansatışın əmtəə dövriyyəsi yalnız hüquqi şəxslərin hesabına olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə topdansatışın əmtəə dövriyyəsi 408,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,4% və ya 9,5 min manat çoxdur.
2015-ci ilin I yarımilində olan topdansatışın əmtəə dövriyyəsi yalnız əsas fəaliyyət növü ticarət olan kiçik müəssisələrin hesabına olmuşdur.
01 iyul 2015-ci il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 8003,5 min manat olmuşdur.
İaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, yarımfabrikatlar, həmçinin aşpazlıq emalından keçməmiş digər əmtəələrin əhaliyə satışını əks etdirir.
01 iyul 2015-ci il vəziyyətinə şəhərdə iaşə fəaliyyəti ilə məşğul olan 5 ədəd firma, məhdud məsuliyyətli cəmiyyət və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 547 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.
2015-ci ilin birinci yarımilində şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 2901,0 min manatlıq iaşə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 120,8 min manat və ya 4,3%, müqayisəli qiymətlərlə isə 59,7 min manat və ya 2,1% çoxdur.
Hüquqi şəxslər üzrə iaşənin əmtəə dövriyyəsi 99,2 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,2 dəfə və ya 53,8 min manat, müqayisəli qiymətlərlə isə 2,1% və ya 2,0 min manat çox deməkdir.
Hüquqi şəxslər üzrə iaşənin əmtəə dövriyyəsinin 98,2 min manatı və ya 99,0%-i dövlət mülkiyyətli müəssisələrin hesabınadır.
“İri və orta müəssisələr” üzrə iaşənin əmtəə dövriyyəsi 97,4 min manat təşkil etmişdir ki, bu da digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələrinin hesabınadır. “İri və orta müəssisələr” üzrə iaşənin əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,4 dəfə və ya 56,4 min manat, müqayisəli qiymətlərlə isə 2,1% və ya 2,0 min manat çox olmuşdur.“İri və orta müəssisələr”də iaşənin əmtəə dövriyyəsi dövlət mülkiyyətli müəssisələrin hesabınadır.
“Kiçik müəssisələr” üzrə iaşənin əmtəə dövriyyəsi 1,8 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 39,9% və ya 2,6 min manat az, müqayisəli qiymətlərdə isə eynidir.
Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”i üzrə iaşənin əmtəə dövriyyəsi 1,8 min manat olmaqla 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 39,9% və ya 2,6 min manat az, müqayisəli qiymətlərlə isə eynidir.
2015-ci ilin birinci yarımilində iaşənin əmtəə dövriyyəsinin həcmində “Hüquqi şəxslərin” xüsusi çəkisi həm faktiki qiymətlərlə və həm də müqayisəli qiymətlərlə 3,4% olmuşdur.
Fiziki şəxslər üzrə iaşənin əmtəə dövriyyəsi 2015-ci ilin altı ayında cəmi 2801,8 min manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 2,4% və ya 67,0 min manat, müqayisəli qiymətlərlə isə 2,1% və ya 57,6 min manat çoxdur.
2015-ci ilin I yarımilində iaşə dövriyyəsinin həcmində fiziki şəxslərin xüsusi çəkisi 96,6%, digər sahələrin “İri və orta müəssisələri”nin xüsusi çəkisi 3,3%, digər sahələrin “Kiçik müəssisələri”nin xüsusi çəkisi isə 0,1% təşkil etmişdir ki, bu da digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələr”inin hesabına olmuşdur.
2015-ci ilin I yarımilində ölkə üzrə iaşə dövriyyəsinin ümumi həcmində Mingəçevir şəhərinin iaşə dövriyyəsinin xüsusi çəkisi 0,7% təşkil etmişdir.
Şərhlər bağlıdır.