Bizimlə həyatınız həmişə işıqlı olacaq!

191 milyon manat geri qaytarıldı – ƏDV istehlakçıya qayıdır

2025-ci ildə ticarət, mədəniyyət və tibbi xidmətlər üzrə ödənilən ƏDV-nin milyonlarla manatı vətəndaşlara qaytarılıb

1. 564

2025-ci ildə Azərbaycanda fiziki şəxslərə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) məbləği 191 milyon manatı ötüb. Pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallar (neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də teatr tamaşaları, kino seansları, muzey ziyarətləri, simfonik orkestr konsertləri və tibbi xidmətlər üzrə ödənilmiş ƏDV-nin 191 milyon 98,9 min manatı istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, ötən il ərzində xarici vətəndaşların Azərbaycanda şəxsi istehlak məqsədilə aldıqları mallara görə tətbiq olunan “Tax free” mexanizmi çərçivəsində dövlət büdcəsindən qaytarılan ƏDV-nin həcmi isə 10 milyon 533,3 min manat təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.