150 yaşlı ütü bu gün də qırışı çətin açılan paltarları səliqəyə salır
150 ilə yaxın yaşı olan və kömürlə işləyən bu ütü ilk baxışdan ağır dəmir parçasına bənzəyir. Onunla qırışı çətin açılan paltarları səliqəyə salan Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini, 75 yaşlı Validə Həsənova bu qədim əşya qaynanasının anasından yadigar qaldığını deyir: “Elektiriklə işləyən yüngül çəkili ütülərlə çox qırışıq olan paltarları açmaq çətin olur. Amma bu ütü ilə həm elektirik enerjisinə qənaət edirik, həm də paltarları səliqəli və daha şax ütüləmək mümkündür. Bu ütü neçə nəsli yola salıb, bu gün köməyimizə gəlir. Hətta onu bizdən almaq istəyənlər də olub Amma heç vaxt satmaq fikirində olmamışıq”.
O qədər də böyük olmayan məişət əşyası çəkisi ilə müasir ütülərdən fərqlənir. Validə xanım deyir ki, kömürlə doldurulan ütü 2 saata yaxın isti qalır.
Şərhlər bağlıdır.