14 şəhər və rayonun gəncləri bir arada
Bağlanış mərasimində qeyd olunub ki, gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılması, gənclər təşkilatlarının fəaliyyətlərinin stimullaşdırmılması vacibdir
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Gəncliyə Dəstək İctimai Birliyi, Gənc Vətənpərvərlər İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi, Gələcəyə Körpü Gənclər İctimai Birliyi, Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi, Odlar Yurdu Gənclər İctimai Birliyi, İşıqlı Gələcək Gənclər İctimai Birliyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi, Yeni Yol Gənclərin Maarifləndirilməsi İctimai Birliyi təşkilatları tərəfindən 5 istiqamət üzrə layihələr həyata keçirilib.
Layihələrin yazılması və idarəedilməsi, gənclər təşkilatları tərəfindən vətənpərvərliyin düzgün təbliği, düzgün peşə və ixtisas seçiminə dair gənclərin maarifləndirilməsi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri, sosial mediadan düzgün istifadənin təbliği istiqamətləri üzrə həyata keçirilən layihələr çərçivəsində 59 təlim, 6 görüş və bir kitab təqdimatı keçirilib və bununla da layihə uğurla başa çatıb.
Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hislərini mütəmadi olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdır.
Qeyd olunan məqsədlərə çatmaq üçün paytaxt və regionlarda olmaqla müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüş on iki layihəyə resurs dəstəyi göstərilib. Bakı, Gəncə, Göygöl, Qəbələ, Göyçay, Samux, Zaqatala, Ağsu, Hacıqabul, Qaradağ, Mingəçevir, Biləsuvar, Cəlilabad, Zərdab rayon və şəhərlərini əhatə edən layihələr əsnasında gənclərə düzgün ixtisas seçimi, sosial mediadan düzgün istifadə kimi mövzular ətrafında təlimlər və maarifləndirici görüşlər keçirilib, bundan əlavə olaraq ətraf mühit və iqlim dəyişiklikləri, region gənclərinin ideyalarına dəstək və vətənpərvərlik mövzularının işıqlandırıldığı layihələr baş tutub.
Proqramın yekunlaşması ilə əlaqədar deputat Cəbi Quliyev, Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və Gənclər və idman nazirliyinin əməkdaşı Nisə Paşayevanın və layihələri dəstəklənmiş gənclər təşkilatlarının rəhbərlərinin çıxışları ilə Proqramın bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində Proqrama dair hesabat videoçarxı təqdim olunub, “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramına yenidən layihələrin qəbulunun yaxın zamanda elan olunacağı bildirilib.
Şərhlər bağlıdır.