10 saylı məktəbdə narkomaniyaya “YOX” dedilər
Noyabrn 28-də Mingəçevirdəki 10 saylı məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbir məktəbin yuxarı sinif şagirdlərinin narkomaniya ilə bağlı çıxışları ilə başlayıb. Narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, şagirdlərin hazırladıqları kiçik səhnəciklər təqdim olunub.
Daha sonra məkəbin direktoru Xumarə Mikayılova şagirdlərə qonaqları təqdim edib. Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov narkomaniyanın insanlara mənfi təsiri, onun törətdiyi amansızlıqlar barədə məlumat verib: “Tərəfimizdən keçirilən əməliyatlar zamanı 80-dan çox cinayətkar həbs edilərək, məsuliyyətə cəlb edilib. 5 kq-dan çox narkotik maddə dövriyyədən çıxarılıb. Amma sizə bildirmək istərdim ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalıdır”.
Şəhər prokuroru Elmar Camalov da nakomaniyanın acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından, narkotik təsir altına düşənlərin öz arzularından kənarda qalmasından, ailə faciələrindən söhbət açıb. Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyan, törətdiyi fəsadlar, təhsil şöbəsinin müdiri Sahib Məmmədov isə ölkəmizin müstəqillik qazanmasından sonra narkotiklərlə mübarizəyə dövlətin daim diqqət yetirməsi barədə fikirlərini səsləndiriblər.
Sonda şagirdlərin maraqlandıran suallara aydınlıq gətirilib.
Şərhlər bağlıdır.