1 yanvar 2022-ci il vəziyyətinə Mingəçevir şəhəri üzrə dövlət qulluqçuları haqqında
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-ü Dövlət Qulluğu Günü elan edilmişdir.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Respublikanın iri sənaye mərkəzlərindən bir olan Mingəçevirdə 01 yanvar 2022-ci il vəziyyətinə dövlət qulluğuna aid olan 9 idarə və təşkilat fəaliyyət göstərir.
2022-ci il yanvar ayının 1-nə həmin idarə və təşkilatlarda dövlət qulluğu vəzifələrində çalışan işçilərin sayı 141 nəfərdir. Dövlət qulluğunda çalışan işçilərin 96 nəfər və ya 68,1 faizi kişilər, 45 nəfər və ya 31,9 faizi qadınlardır.
Dövlət qulluğunda işləyənlərin 113 nəfər və ya 80,1 faizi inzibati vəzifələrin 4-7-ci təsnifatları üzrə, 28 nəfər və ya 19,9 faizi isə dövlət qulluğunun yardımçı vəzifələrində çalışırlar.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 16,8 faiz və ya 19 nəfəri 30 yaşa qədər, 17,7 faiz və ya 20 nəfəri 30-34 yaşda, 27,4 faiz və ya 31 nəfəri 35-44 yaşda, 13,3 faiz və ya 15 nəfəri 45-54 yaşda, 12,4 faiz və ya 14 nəfəri 55-59 yaşda, 11,5 faiz və ya 13 nəfəri 60-64 yaşda və 0,9 faiz və 1 nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 64,6 faiz və ya 73 nəfəri 35-64 yaşda olanlardır.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 18,8 faiz və ya 6 nəfər qadın 30 yaşa qədər, 18,8 faiz və ya 6 nəfər qadın 30-34 yaşda, 8,1 faiz və ya 9 nəfər qadın 35-44 yaşda, 6,2 faiz və ya 2 nəfər qadın 45-54 yaşda, 15,6 faiz və ya 5 nəfər qadın 55-59 yaşda, 12,5 faiz və ya 4 nəfər qadın isə 60-64 yaşda olanlardır. Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyən qadınların 62,5 faiz və ya 20 nəfəri 35-64 yaşda olan qadınlardır.
Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyənlərin 14,3 faiz və ya 4 nəfəri 30 yaşa qədər, 42,9 faiz və ya 12 nəfəri 30-34 yaşda, 17,9 faiz və ya 5 nəfəri 35-44 yaşda, 7,1 faiz və ya 2 nəfəri 45-54 yaşda, 14,3 faiz və ya 4 nəfəri 60-64 yaşda, 3,5 faiz və ya 1 nəfəri 65 və yuxarı yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 39,3 faiz və ya 11 nəfəri 35-64 yaşdadır.
Dövlət qulluğunun yardımçı vəzifələr üzrə işləyən qadınların 23,1 faiz və ya 3 nəfəri 30 yaşa qədər, 46,1 faiz və ya 6 nəfəri 30-34 yaşda, 23,1 faiz və ya 3 nəfəri 35-44 yaşda, 7,7 faiz və ya 1 nəfəri isə 60-64 yaşdadır. Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyən qadınların 30,8 faiz və ya 4 nəfəri 35-64 yaşdadır.
4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 2,7 faiz və ya 3 nəfəri yerli icra hakimiyyəti başçısının müavini, 4,4 faiz və ya 5 nəfəri idarə rəhbəri, aparat rəhbəri, yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanı yanında, tabeliyində olan orqanın rəhbəri, 3,5 faiz və ya 4 nəfəri yerli bölmənin rəhbərinin müavini, 3,5 faiz və ya 4 nəfəri şöbə müdiri, 0,9 faiz və ya 1 nəfəri şöbə müdirinin müavini, 2,7 faiz və ya 3 nəfəri yerli icra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi və onun müavini, yerli icra hakimiyyətinin başçısının yanında olan orqanların rəhbəri, 0,9 faiz və ya 1 nəfəri yerli icra hakimiyyəti başçısının köməkçisi, 4,4 faiz və ya 5 nəfəri sektor müdiri, 4,4 faiz və ya 5 nəfəri baş mühasib, 23,0 faiz və ya 26 nəfəri baş məsləhətçi, 9,7 faiz və ya 11 nəfəri böyük məsləhətçi, 20,4 faiz və 23 nəfəri aparıcı məsləhətçi və 19,5 faiz və ya 22 nəfəri məsləhətçilərdir.
Yardımçı vəzifələrdə çalışanların 82,2 faiz və ya 23 nəfəri baş mütəxəssis, 10,7 faiz və ya 3 nəfəri böyük mütəxəssis, 7,1 faiz və ya 2 nəfəri aparıcı mütəxəssislərdir.
Dövlət qulluğunun 4-7-ci təsnifatları üzrə inzibati vəzifələrdə işləyənlərin 2,6 faiz və ya 3 nəfəri 1 ilə qədər, 30,1 faiz və ya 34 nəfəri 1 ildən 5 ilə qədər, 15,9 faiz və ya 18 nəfəri 5 ildən 10 ilə qədər, 13,3 faiz və ya 15 nəfəri 10 ildən 15 ilə qədər, 38,1 faiz və ya 43 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.
Dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyənlərin 7,1 faiz və ya 2 nəfəri 1 ilə qədər, 57,2 faiz və ya 16 nəfəri 1 ildən 5 ilə qədər, 14,3 faiz və ya 4 nəfəri 5 ildən 10 ilə qədər, 7,1 faiz və ya 2 nəfəri 10 ildən 15 ilə qədər, 14,3 faiz və ya 4 nəfəri isə 15 il və daha çox qulluq stajına malik olanlardır.
2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 817,6 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 100,4 manat və ya 10,9 faiz azdır. İnzibati vəzifələr üzrə rəhbər işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 184,6 manat və ya 11,0 faiz azalaraq 1496,2 manat olmuşdur.
Mingəçevirdə dövlət qulluqçuları şəhərin məşğul əhalisinin çox cüzi hissəsini təşkil edir. Odur ki, bu sahədə çalışanların hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.
Şərhlər bağlıdır.