Cəmiyyət

Əsgər yoldaşlarını dəfələrlə xilas etsə də sonda özü düşmən gülləsindən qurtula bilmədi

Dözülməz şəraitdə yaşayan şəhid Əzim Həsənovun ailəsi imkanlı şəxslərin köməyilə yeni mənzilə köçə bilər

Bir az əvvəl sosial şəbəkələrin birində Mingəçevirdə vaqonda məskunlaşan şəhid ailəsi ilə bağlı məlumata rast gəldik. Adam inana bilmir ki, bu cür dözülməz şəraitdə yaşayan ailə belə qəhrəman övladı necə böyüdə bilib…

Mingəçevirdə yaşayan Ağdam sakini Əzim Həsənov Bakıda hərbi hissələrin birində xidmət edib. Müharibə başlayanda könüllü olaraq ön cəbhədə xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Komandiri atasına oğlunun bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını necə xilas etdiyini deyib. Amma sonuncu dəfə yaralı əsgəri qurtarmağa çalışan Əzim özü şəhid olub.

Əzim hər zaman anasına tarixdə iz qoyan şəxs olacağını deyirmiş. Sonuncu dəfə danışarkən növbəti qələbəni qazandıqlarını bildirib. Övladları ilə fəxr edən bir qız və bir oğul anası Şəhla Həsənova deyir ki, Əzim dost yolunda canından keçməyə hazır idi: ”Həyatını da yoldaşlarını qorumaq üçün qurban verdi, şəhidlik zirvəsinə ucaldı…”

Vətən uğrunda canından keçən Əzim Həsənov kimi qəhrəman şəhidlərimizin bu gün ruhu şaddır. Çünkü onun və yoldaşlarının qanı bahasına torpaqlarımız işğalçılardan təmizlənib.

Rahat yat, Əzim! Azərbaycan xalqı sənin qəhrəmanlığını heç zaman unutmayacaq. İmkanlı şəxslərin ailənə kömək edəcəyi, onları vaqondan qurtaracağı gün də uzaqda deyil.

P.S. Təəssüf ki, indiyədək acınacaqlı şəraitdə yaşayan bu ailənin vəziyyəti ilə yerli icra strukturları maraqlanmayıb. Məcburu köçkünlər üçün tikilən evlərdə Həsənovlar ailəsinə mənzil vermək nədənsə yada düşməyib. Amma gərək indidən sonra bu ailənin övladını geri qaytara bilməsək də haqqını özünə qaytaraq.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close